Amerikalıların İraq və Suriya üzərində şübhəli hava hərəkətləri artıb + FOTO

Bazar ertəsi 17 İyul 2023 - 06:20
https://az.iswnews.com/?p=24420

Amerika təyyarələrinin son günlərdəki hərəkətlərini tədqiq etmək onların İraq və Suriyadakı dağıdıcı fəaliyyətlərinin artdığını göstərir. Bu uçuşlardan məqsəd hələ məlum deyil.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, son bir neçə gün ərzində Amerika təyyarələri İraqın müxtəlif bölgələri və Suriyanın şərqi üzərində bir neçə uçuş həyata keçirib. Əmman-Bağdad, Əl-Ədid-Bağdad, Ərbil-Bağdad, Eyn Əl-Əsəd-Əl-Ədid və əksinə nəqliyyat uçuşlarının həyata keçirilməsi və fəallığının artırılması ilə yanaşı, Almaniyanın Ramşteyn aviabazasından Qətərdəki Əl-Ədid hava bazasına da Amerika təyyarələrinin uçuşu artıb.

Həmçinin, son günlər Bağdad səması Bağdad hava limanındakı diplomatik dəstək mərkəzindən və ya Amerika aviabazasından Amerikanın İraqdakı səfirliyinə və İtaliyanın Bağdaddakı səfirliyinin şimal tərəfində yerləşən Amerika helikopter meydançasına Amerika helikopterlərinin uçuşunun şahidi olub. Bu, beynəlxalq qanunların heç bir ölkəyə başqa ölkələrdəki səfirliyinin hüdudları daxilində hərbi əməliyyatlar və qarşılıqlı fəaliyyətlər həyata keçirməsinə icazə verməməsinə baxmayaraq; Bu suala cavab vermək çox vacibdir ki, belə bir vəziyyətdə Amerikanın Bağdaddakı səfirliyi diplomatik toxunulmazlığı var, ya yox?

Daha çox oxuyun: Diplomatik dəstək mərkəzi, yoxsa Bağdaddakı Amerika hava bazası? + FOTO

Bu hərəkətlər Amerika koalisiyası ötən həftə Suriyanın Homs əyalətində yerləşən Ət-Tənəf bazasında Homs vilayəti və Suriya səhrası qəbilələrinin ağsaqqalları ilə görüş keçirərkən baş verib. Bu görüşdən sonra Livanın Əl-Məyadin şəbəkəsi yerli mənbələrə istinadən, Amerika koalisiya qüvvələri və ona bağlı qüvvələrinin Fərat çayının şərqində Suriya ordusunun Fərat çayının qərb sahilindəki mövqelərinə və müqavimət cəbhəsinə hücum etmək məqsədi ilə hərəkətlərinin artdığını açıqlamışdır.

Daha çox oxuyun: Əl-Məyadin: Deyr əz-Zorda Amerika əsgərləri və müttəfiq qüvvələrinin fəaliyyətləri artıb! + FOTO

Fərat çayının qərb sahilindəki müqavimət cəbhəsinin mövqelərinə hücumun mümkünlüyü ilə bağlı bəzi xəbərlərin dərci ilə eyni vaxtda Amerika təyyarələrinin, xüsusən də radio rabitəsinin ötürülməsi və yaradılması, döyüş meydanında fəaliyyət göstərən birliklər arasındakı əlaqə limanları yaratmağa cavabdeh olan Bombardier E-11A təyyarəsinin, İraqın qərb bölgələri ilə Suriyanın şərqi üzərində böyük ölçüdə uçuşu artıb. Bu, Bombardier E-11A təyyarəsinin Suriyanın Deyr əz-Zor əyaləti üzərində son 48 saat ərzində üçüncü uçuşudur.

Bu məsələ ilə yanaşı, Amerika mediası ölkə komandirlərinə istinadən məlumat yayıb ki, yaxın günlərdə terrorçu qruplarla mübarizə məqsədi ilə 2500 amerikalı əsgər Suriyanın şimalına köçürüləcək.

Hələlik Suriya və İraqda amerikalıların hərəkatlarının artmasının səbəbi müəyyən edilməsə də, görünən odur ki, bu qeyri-adi hərəkətlər onların regionun təhlükəsizliyini azaltmaq və gərginliyi artırmaq niyyətindən xəbər verir. Xüsusilə İraq müqavimət dəstələrinin amerikalıları bu ölkədən mümkün qədər tez qovmağa çalışmaları ilə birgə, çox güman ki, İraqda amerikalılara qarşı hücumlar yaxın həftələrdə yenidən başlayacaq.

Daha çox oxuyun: Amerikanın Şimali İraq və Suriyanın sərhəd bölgələrində öz hərbi qüvvələrini köçürməsindən məqsədi nədir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir