ABŞ İŞİD terrorçularını Ukrayna müharibəsinə göndərir!

Bazar ertəsi 7 Mart 2022 - 10:28
https://az.iswnews.com/?p=2432

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə əsasən, Rusiya xarici kəşfiyyat xidməti ABŞ və NATO-nun Suriyadan Ukraynaya xarici terrorçuları köçürdüyünü iddia edib.

Rusiya Xarici Kəşfiyyat Xidməti Suriyanın şərqindəki Əl-Tanf bazasının İŞİD-ə bağlı terrorçuların təlim və Ukraynaya göndərilmələri yer olmasını təsdiqləyib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı bəyanatda deyilir: “ABŞ 2021-ci ilin sonuna kimi Suriyanın şərqindəki ABŞ və İngiltərənin nəzarətində olan Əl-Tanf bazasına onlarla rus, çeçen və digər İŞİD terrorçusunu köçürüb. Onlar təxribat və terror aktları ilə bağlı xüsusi təlim keçdikdən sonra Ukraynanın şərq vilayətlərinə, o cümlədən Donbas bölgəsinə göndərilib.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı Qərbi Asiya və Afrikada yeni İŞİD bölmələri inşa edir. Onlar NATO-ya üzv olan ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək bu terrorçuları Polşa üzərindən Ukraynaya göndərirlər”.

Xarici qüvvələrin Suriyadan Ukraynaya köçürülməsi iddiası Ukrayna prezidenti Vladimir Zelinskinin bu yaxınlarda Ukraynaya 16 min xarici hərbçinin gəldiyini təsdiqlədiyi vaxta təsadüf edir. O, bundan əvvəl fevralın 28-də Ukrayna ordusuna qoşulmaq niyyətində olan məhbusların azad edilməsi barədə göstəriş vermişdi.
Bundan əlavə, Donetsk Respublikasının rəsmiləri şənbə günü (5 Mart) Ukrayna ordusunun pilotsuz təyyarələri bölmələrinə dəstək verən türk müşavirlərinin mövcudluğunu iddia edən şəkillər və sənədlər yayıblar.

Bu fəaliyyətlər Ukrayna ordusunun canlı qüvvəsinin Rusiya ordusuna qarşı döyüşlərdə zəifliyini göstərir. Terrorçuların və quldurların döyüş meydanlarına köçürülməsi də Ukraynada daha çox xaos və müharibə yaradır.

Daha çox oxuyun:

Ukrayna – Xarici muzdluların olduğu yer!

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Beşinci Günü, 28 Fevral 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir