Livan və işğal olunmuş Fələstin sərhədində baş vermiş təhlükəsizlik hadisəsi barədə ətraflı məlumat + VİDEO

Cümə axşamı 13 İyul 2023 - 09:42
https://az.iswnews.com/?p=24287

İvrit dilli mənbələr Livan və işğal altındakı Fələstin sərhədində bir neçə livanlının İsrail Ordusunun hədəfinə çevrildiyi barədə məlumat yayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İvrit dilli medialar iyulun 12-də İsrail Ordusunun Livanın cənubunda “Hizbullah”a aid müşahidə qülləsini hədəf aldığını iddia edib. Bu xəbərin dərci ilə eyni vaxtda yerli mənbələr də Livan və işğal olunmuş Fələstin sərhədində partlayış səsinin eşidildiyini bildirib.

İvrit dilli “Hadshut Hamot” xəbər saytı Livan və işğal altındakı Fələstin sərhədində Hizbullahın müşahidə qülləsinə İsrail dronunun hücumu nəticəsində Livan Hizbullah qüvvələrinin 3 üzvünün yaralandığını iddia edib.

Livan mənbələri həmçinin bəyan ediblər ki, Barka Rişa bölgəsində (Naqourah və Tire arasında) İsrail dronu ilə qarşıdurma zamanı 3 nəfər yaralandıqdan sonra Livan Ordusu və UNIFIL qüvvələri mülki şəxslərin bu əraziyə yaxınlaşmasına mane olub.

Amma hadisədən bir neçə dəqiqə sonra İvrit dilli medialar bir video yayımlayaraq elan etdilər: “Livan və işğal altındakı Fələstin sərhədində təhlükəsizlik sədlərini dağıtmağa çalışan şəxslər İsrail Ordusunun vaxtında hərəkətə keçməsi ilə zərərsizləşdirilib”.

Bununla əlaqədar olaraq, sionist rejim Ordusu Livanla sərhəddə baş verən təhlükəsizlik hadisəsi ilə bağlı verdiyi bəyanatda belə elan edib: “Bəzi şəxslər sərhəd sədlərinə yaxınlaşaraq onları məhv etməyə çalışsalar da, hücuma məruz qalıb və dağılışıblar”.

Hizbullah və Livan rəsmiləri hələlik bu xəbərə reaksiya verməyib. Həmçinin Livan müqavimətinə yaxın media mənbələri də İsrailin hücumunda Hizbullah qüvvələrinin yaralandığını təsdiqləməyib.

İsrail Ordusunun yayımladığı video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir