16 saylı Zahedan Polis Bölməsində terror aktının ilk videosu

Bazar 9 İyul 2023 - 15:38
https://az.iswnews.com/?p=24159

Ceyş Əl-Ədl kimi tanınan terror qruplaşması üzvlərinin 16 saylı Zahedan Polis Bölməsinə hücumu və polis qüvvələrinin onlara qarşı həyata keçirdiyi əks əməliyyatın tam videosu yayılıb.

Bu videoda Vilayət Mühafizəsi Xüsusi Təyinatlı Qüvvələrinin (NOPO) qüllədə və polis bölməsinin daxili ərazisində dörd terrorçu ilə qarşıdurma anlarını və bu münaqişədə bütün terrorçuların öldürüldüyünü görə bilərsiniz. Hücum edənlərdən birinin cəsədi də qüllədə qumbaranın partlaması səbəbindən parçalanıb. Ona görə də bəzi mənbələrin terrorçuların kamikadze əməliyyatları həyata keçirməsi ilə bağlı iddiası yanlışdır. Həmçinin, bəzi rəsmi mənbələr hücum edənlərin sayının üç olduğunu, bunun video sübutlarla uyğun olmadığını, terrorçuların sayının isə dörd olduğu bildirilir.

Polis əməkdaşlarının müqaviməti və yardımçı qüvvələrin vaxtında münaqişə yerində olması Ceyş Əl-Ədlin bu terror aktında uğursuzluğunun əsas səbəblərindən olub.

“Ceyş Əl-Ədl” terror qruplaşmasının ötən aylarda naməlum ərazilərdə (ehtimal ki, Pakistan və Əfqanıstan ərazisində və ya Sistan və Bəlucistanın səhra ərazilərində) geniş hazırlığı, həmçinin daxili intellektual amillərin qızışdırılması da bu sıradandır. Hökumət orqanlarının təhqiqatını və diqqətini tələb edən bu terror aktının yaranmasının əsas səbəbləri və Sistan və Bəlucistan əyalətində baş verən hadisələrin təhlükəsizliyi mühüm məsələdir.

Qeyd edək ki, dünən 8 iyul tarixində İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahedan şəhərinin 16 saylı Polis Bölməsinə terror hücumu olmuşdur.

Daha çox oxuyun:
Sistan və Bəlucistan əyalətindəki Ceyşül-Ədl qruplaşmasının izləri görsənir
İranın Zahedan Şəhər Polis Bölməsinə terror hücumu olub + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir