Zelenskinin təxliyəsinə hazırlıq işləri

Bazar ertəsi 7 Mart 2022 - 03:29
https://az.iswnews.com/?p=2414

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi The Sun agentliyinə əsasən bildirir ki, Britaniyanın xüsusi təyinatlıları ABŞ xüsusi hərbi qüvvələri ilə birlikdə Ukrayna prezidentini xilas etməyə hazırlaşırlar.

The Sun xəbər verir ki, Britaniyanın elit xüsusi təyinatlı SAS-ın paraşütçüləri Amerika dəniz piyadaları ilə birlikdə Vladimir Zelenskinin “riskli xilası”na, yəni onun Kiyevdən təxliyəsinə hazırlaşır.

Mənbələrin bildirdiyinə görə, 70-dən çox xüsusi təlimlər görmüş 150 Britaniya hərbiçisi bu missiyanı yerinə yetirmək üçün Litvada yerləşən bazada ABŞ dəniz piyadasına qoşulub. Məlumata görə bu əməliyyatın başlanması Zelenskinin istəyindən asılıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir