Taliban Əl-Qaidə üzvlərini Amerikaya satdı!

Əhməd Ələvi
Yazar:Əhməd Ələvi
Bazar 9 İyul 2023 - 09:33
https://az.iswnews.com/?p=24136

ABŞ prezidentinin son açıqlamaları onların Əl-Qaidənin yüksək rütbəli üzvləri ilə bağlı Talibanla sövdələşmələrinin daha bir sübutudur. Bu məsələ ona gətirib çıxarıb ki, Taliban müxalifəti onları Amerikanın Vaqneri hesab edərək, tənqid ediblər.

Taliban və Əl-Qaidə arasında əlaqələrin kəsilməsi mövzusu ilk dəfə 2022-ci il iyunun 30-da ABŞ pilotsuz təyyarələrinin Əyman Əz-Zəvahirinin Kabil şəhərinin Vəzir Əkbər Xan məhəlləsindəki sığınacağına hücumundan və Əl-Qaidə lideri və bir sıra Həqqani şəbəkəsi rəsmilərinin öldürülməsindən sonra qızışıb. Baxmayaraq ki, o zamanlar Talibandan olan bir qrup (Həqqani şəbəkəsi) Amerikanın ürəyini ələ almaq və Taliban hökumətini rəsmi tanımaq üçün “Əl-Qaidə” liderinin gizləndiyi yeri aşkara çıxarıblar, lakin o zaman bu ehtimal zəif idi və sübut olunmamışdı.

Amma indi, bir ildən sonra biz çatırıq ki, Taliban Əl-Qaidə ilə bağlı Amerika ilə sövdələşib. Bu sövdələşmə ABŞ prezidenti Co Baydenin iyunun 30-da cümə günü mətbuat konfransında verdiyi son açıqlamaları nəzərə alsaq daha aydın olur. Bayden bu görüşdə dedi:

“Əfqanıstan haqqında dediklərimi xatırlayırsınızmı? Dedim ki, Əl-Qaidə Əfqanıstanda olmayacaq, dedim, olmayacaqlar, dedim ki, Talibandan kömək almalıyıq, indi nə olacaq? Nə baş verir? Qəzetləri oxuyun, mən düz deyirdim”.

Baydenin bu açıqlamaları Talibanın Əl-Qaidə qruplaşması ilə qumar oynamasının sübutudur, yəni Taliban çox güman ki, Əl-Qaidənin bəzi ifratçı (xarici) yüksək rütbəli üzvlərini ABŞ-a satıb və bəzi mötədil (daxili) üzvlərini işə cəlb edib, dövlət vəzifəsi verərək susdurub. Təbii ki, ABŞ prezidentinin bəyanatlarından iki gün sonra Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmir Xan Müttəqi “Əl-Cəzirə” telekanalına müsahibə verib və ABŞ prezidentinin Əfqanıstanda “Əl-Qaidə”nin olmaması ilə bağlı sözlərinə cavab olaraq deyib:

“İndi ABŞ üzərinə düşən məsuliyyəti yerinə yetirməli və İslam Əmirliyi hökuməti ilə müsbət münasibət qurmalıdır. Çünki Baydenin bəyanatları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Əfqanıstanda 20-dən çox terror qruplaşmasının olması ilə bağlı hesabatını rədd edir. Əfqanıstan İslam Əmirliyi heç kimə Əfqanıstanın torpaqlarından başqalarına qarşı istifadə etməyə icazə verməməyə sadiqdir. Biz bunu son iki ildə praktiki olaraq qurmuşuq və indi Amerikanın borcudur ki, öz öhdəliklərini yerinə yetirsin və Əfqanıstanla müsbət qarşılıqlı əlaqə üçün addımlar atsın”.

Taliban hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və onun Birləşmiş Ştatlardan Talibanla müsbət diplomatik əlaqələr qurmaq üçün ümidsiz tələbi ilə bağlı Müttəqinin sözləri, Taliban hökumətinin ABŞ ilə Əl-Qaidənin yüksək vəzifəli üzvlərinə dair razılaşmasını ifşa edən başqa bir təsdiq möhürüdür.

Şübhəsiz ki, Birləşmiş Ştatlar bu qrupa Taliban tərəfindən Əl-Qaidənin yüksək rütbəli üzvlərinin satışı əvəzində Taliban hökumətinin tanınması və maliyyə yardımının artırılması, eləcə də isti diplomatik münasibətlərin qurulması barədə vəd verib. Lakin indi bunların heç biri yoxdur. Vədlər yerinə yetirilmir. Talibanın bu sövdələşmədən əldə etdiyi yeganə şey həftədə 40 milyon ABŞ dolları almaqdır ki, bu da dilənçilik kimi Taliban hökumətinə verilir. İndi Taliban başa düşdü ki, onlar bu sövdələşmədə nəinki Amerikanın vədindən dönənlərlə üzləşiblər, həm də özlərinə düşmən (Əl-Qaidə) qazanıblar, çünki “Əl-Qaidə” üzvləri Taliban hökumətinin siyasətindən və fəaliyyətindən narazıdırlar. Onlar uzaq olmayan gələcəkdə qisas almaq üçün Taliban hökuməti əleyhinə addımlar atacaqlar. “Əl-Qaidə” təkbaşına Taliban hökumətindən qisas ala bilməyəcək, amma şübhəsiz ki, bu qrupun narazı üzvləri İŞİD, Laşkar-e-Çanqavi və s. kimi digər terror qruplarının köməyi ilə işə başlayacaqlar. İndi də bir çox sui-qəsdlər, partlayışlar naməlum şəxslər tərəfindən həyata keçirilir və heç bir qrup onların məsuliyyətini öz üzərinə götürmür.

Taliban hökuməti ABŞ-la bağladığı sövdələşməyə əsaslanaraq, Əl-Qaidəni iki narazı və razı qrupa böldü. O, Razi qrupuna dövlət vəzifəsi verərək hökumətinə birləşdirdi və narazı qrupunu (Əl-Qaidənin yüksək rütbəli üzvləri) ABŞ-a satdı. Bilmədi ki, üçüncü bir qism yaranacaq. Onlar nə ABŞ və nə də Taliban daxilindəki qruplar tərəfindən öldürülməyəcəklər. Həmçinin onlar Taliban hökuməti ilə də birləşməyəcəklər və Taliban hökumətinin siyasətinə nifrət edəcəklər. Müttəfiq qrupların köməyi ilə çox da uzaq olmayan gələcəkdə digər terror qruplarına qoşularaq, Taliban hökumətindən qisas alacaqlar.

Əvvəlki hökumətin siyasi rəsmiləri və Taliban müxalifləri də Baydenin açıqlamaları və Talibanın ABŞ-la sövdələşməsinin ifşası ilə bu qrupu “Amerikanın Vaqner Qrupu” adlandırıb və öz bəyanatlarında Talibanı Amerikanın qulu hesab edib. Qeyd edək ki, anti-Taliban qrupları, o cümlədən siyasi partiyaların rəhbərləri və əvvəlki hökumətin rəsmiləri də Taliban hökumətinin bu daxili parçalanmaları və onların Əl-Qaidə və digərləri ilə mümkün münaqişələrinə gələcək üçün xüsusi hesab açıblar. Çox güman ki, bütün müxaliflər Taliban hökumətini məhv etmək üçün bir-biri ilə müttəfiq olmağa hazır olacaqlar, necə ki, bütün terrorçu qruplar Əfqanıstanın əvvəlki hökumətini devirmək üçün bir araya gəldilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir