Ceyş Əl-Ədl Zahedandakı terror aktına görə məsuliyyəti üzərinə götürüb + FOTO
“Ceyş Əl-Ədl” kimi tanınan terror qruplaşması bəyanat yayaraq, bu gün Zahedandakı 16 saylı Polis Bölməsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bu bəyanatda “Ceyş Əl-Ədl” kimi tanınan terror qruplaşması ötən il Zahedanda etiraz edənlərə qarşı hücumun əsas səbəbkarlarının Zahedan şəhərinin 16 saylı Polis Bölməsi olduğunu bildirib və bu hücumun bu terror qruplaşmasının Ədalət Fədailəri Strateji Batalyonunun üzvləri tərəfindən həyata keçirildiyini elan edib.
Qeyd edək ki, bu gün səhər İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Zahedan şəhərində 16 saylı Polis Bölməsindəki qüvvələrə qarşı terror hücumu təşkil edilmişdir.
Daha çox oxuyun:
İranın Zahedan Şəhər Polis Bölməsinə terror hücumu olub + FOTO və VİDEO
Zahedandakı terror hücumunun sonu; Terrorçular öldürülüb
Moləvi Əbdül Həmid: 16 saylı Zahedan Polis Bölməsinə hücum edənlərlə heç bir əlaqəm yoxdur
Rəy