İsrail əsgərlərinin Nablus şəhərinə hücumu nəticəsində iki fələstinli gənc şəhid olub

Şənbə 8 İyul 2023 - 13:52
https://az.iswnews.com/?p=24094

Sionist rejimin İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücumu nəticəsində 2 fələstinli şəhid olub, daha 3 nəfər isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 7-də İsrail rejiminin əsgərləri Nablus şəhərinin köhnə hissəsinə hücum edərək yaşayış evini mühasirəyə alıblar.

Bu qarşıdurma zamanı “Həmzə Məqbul” və “Xeyri Şahin” adlı iki fələstinli gənc şəhid olub, üç nəfər isə yaralanıb. Həmçinin ivrit dilli mənbələrin məlumatına əsasən, bu əməliyyat zamanı sionist əsgərlərdən biri də yaralanıb.

Sionist rejim Ordusuna bağlı radio Nablusda İsrail əsgərləri tərəfindən şəhid edilən iki fələstinli gəncin Nablus yaxınlığında bu rejimin polis maşınına atəş açması əməliyyatının icraçıları olduğunu açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir