İordan çayının qərb sahilində anti-İsrail əməliyyatı; Bir sionist əsgər öldürülüb + FOTO və VİDEO

Cümə 7 İyul 2023 - 12:31
https://az.iswnews.com/?p=24030

İordan çayının qərb sahilində Kodomim qəsəbəsi yaxınlığında bir qrup sionist əsgərə fələstinli gəncin silahlı hücumundan sonra bir İsrail əsgəri həlak olub, bir nəfər isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Əhməd Yasin Hilal Ğitan” adlı 19 yaşlı fələstinli iyulun 6-da Qalqilya məntəqəsinin şərqində yerləşən Kodomim qəsəbəsi yaxınlığında bir qrup sionist əsgəri hədəfə alıb. Nəticədə bir sionist əsgər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Sionist əsgərləri atəşə tutduqdan sonra əməliyyatçı sionistlərin yaşadığı Kodomim qəsəbəsinə qaçıb və buna görə də bu qəsəbədə həyəcan sirenləri çalınıb.

Nəhayət, əməliyyatın operatoru İsrail əsgərləri ilə silahlı münaqişə zamanı həyatını itirib. Bu hadisədən sonra Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam açıqlama və əməliyyatçının şəkillərini dərc edərək bu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Kətaib Əl-Qəssam müqavimət dəstəsi bu əməliyyatın sionist düşmənin cinayətlərinə, xüsusilə də Ceninə qarşı son cinayət hücumuna sürətli cavab olduğunu vurğulayıb.

Kataib Əl-Qəssamın bəyanatında deyilir: “Əməliyyat operatoru 19 yaşlı “Əhməd Yasin Hilal Ğitan” adlı fələstinli gənc və bu müqavimət dəstəsinin üzvü, Ramallah məntəqəsinin qərbindəki Qubiya kəndinin sakini olub”.

Kətaib Əl-Qəssam vurğulayıb ki, sionist düşməni daha çox əməliyyatlar müşahidə edəcək və hər kim Fələstin xalqına qarşı qətl və cinayət törətsə, ancaq ölüm və terrorla qarşılaşacaq.

Xatırladaq ki, iyulun 4-də “Hüseyn Xəlayilə Cavan” adlı 23 yaşlı fələstinli gənc (Əl-Xəlil məntəqəsinin Əs-Səmu qəsəbəsinin sakini) Təl-Əvivdə bir qrup sionistə hücum etmişdir. Bu hadisə zamanı, ən azı yeddi sionist yaralanmışdır.

Əməliyyatçı ilə İsrail əsgərləri arasında münaqişə anının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir