Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına raket hücumu; İsrail cavab verdi! + FOTO və VİDEO

Cümə axşamı 6 İyul 2023 - 16:20
https://az.iswnews.com/?p=23981

Naməlum şəxslərin Livanın cənubundan işğal altındakı Fələstinin şimalına raket hücumundan sonra sionist rejim Ordusu Livanın cənubundakı yerləri hədəfə alıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 6-da yerli mənbələr Livanın cənubunda yerləşən “Kəfər Şuba” ilə “Əl-Mari” sərhədi olan “Bəstəra” bölgəsindən İşğal altındakı Fələstinin şimalına raket atıldığını bildirib. Lakin ivrit dilli medialar yüksək rütbəli İsrail komandirinə istinadən işğal olunmuş ərazilərə raket atılmadığını, Livan və işğal altındakı Fələstin sərhəd bölgələrində partlayış səsinin mina partlaması səbəbindən olduğunu elan ediblər.

Bir neçə dəqiqə sonra İsrail Ordusu Livanın cənubundan Fələstinin şimalına raket hücumu xəbərini təsdiqləyib və atılan raketin sərhəd bölgələri yaxınlığında vurulduğunu və İsrail Ordusunun bu məsələni araşdırdığını açıqlayıb. Bu hadisə nəticəsində ölən olmayıb.

Bildirilir ki, İsrailin müdafiə sistemləri raketləri aşkar edib qarşısını ala bilməyib. Həmçinin, işğal olunmuş Fələstinin şimal bölgələrində təhlükə sirenləri səslənməyib və İsrail təhlükəsizlik agentliyi bu məsələləri araşdırır.

İsrail mediasının məlumatına görə, Livanın cənubundan işğal altındakı Fələstinə doğru raket hücumuna cavab olaraq İsrail Ordusu Livanın cənubunda yerləşən Kəfər Şuba ətrafını hədəf alıb. Sionist rejim Ordusunun elanına əsasən, Kəfər Şuba bölgəsinə doğru 15 artilleriya mərmisi atılıb. Artilleriya hücumları ilə eyni vaxtda sionist rejimin casus dronları Kəfər Şuba bölgəsi və Livanın cənub bölgələri üzərində uçuşlar həyata keçirib.

İsrail mediası İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazıb: “Təhlükəsizlik qüvvələri bu hücumun səbəbkarlarını araşdırır və müəyyən edir, lakin ilkin məlumatlar göstərir ki, Fələstin müqavimət dəstələri Livanın cənubundan işğal olunmuş Fələstinə raket atmaqda məsuldur”.

Görünən odur ki, müqavimət cəbhəsi mövcud imkanları aktivləşdirir və sionist rejimə həm daxili, həm də xarici müxtəlif cəbhələrdə təzyiqləri artırır. Bu hərəkətlər davam edərsə, İsrail rejimi mütləq ciddi problemlərlə üzləşəcək.

Livanın cənubunda yerləşən “Kəfər Şuba” məntəqəsi ətrafında sionist rejim Ordusunun hücumlarının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir