Məqalə: İsrail rejimi Ceninə niyə hücum etdi?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Bazar ertəsi 3 İyul 2023 - 15:10
https://az.iswnews.com/?p=23916

Sionist rejim həmişə İordan çayının qərb sahilindəki müqavimət qüvvələrini müəyyən edib həbs etməklə müqavimətin güclənməsinin qarşısını almağa çalışıb, lakin bu məsələdə böyük ölçüdə uğursuzluğa düçar olub; İndi isə İordan çayının qərb sahilində müqavimətin güclənməsi ilə Cenindəki müqavimətə qarşı İsrail tərəfindən yeni bir əməliyyat başladılıb.

İordan çayının qərb sahili; müqavimət cəbhəsinin və sionist rejimin müxtəlif komandirləri və rəsmiləri tərəfindən son illərdə dəfələrlə təkrarlanan açar sözdür.

İordan çayının qərb sahili müqavimət cəbhəsi üzvlərinin dəstəyi və təfərrüatlı planları ilə hazırda sionist rejimə qarşı müstəqil cəbhəyə çevrilib və güclənib və bu, İsrail rəsmiləri və komandirlərini narahat edib. Bu rejim komandirlərinin İordan çayının qərb sahili bölgələri ilə bağlı davamlı narahatlığı və onların sionist rejimin təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəsmilərinə həvalə etmiş vurğularının pərdəarxası, narahatedici məsələləri göstərir.

Bu məsələ İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarının artması ilə yanaşı, İsrailin təhlükəsizlik və hərbi qurumlarının İordan çayının müxtəlif bölgələrində müqavimətə qarşı bir sıra planlar həyata keçirməsinə səbəb oldu.

İsrail düşünürdü ki, bu planları həyata keçirməklə müqavimət dəstələrinin qüdrətinin artması və genişlənməsinin qarşısını almağa nail olacaq, lakin müqavimətin bu bölgələrdəki addımları və təfərrüatlı planları sionist rejimin təhlükəsizlik-hərbi qurumları qüvvələrinin uğur faizini minimuma endirmişdir.

Sionistlərin informasiya müharibəsində uğursuzluğa düçar olmasından sonra onlar hərbi əməliyyatların artırılmasına, müqavimətin üzvlərinə və yüksək səviyyəli komandirlərinə sui-qəsdlərə və birbaşa onlarla vuruşmağa yönəldilər, lakin bu məsələ müqavimətin planlarında zərrə qədər pozulmalara səbəb olmadı.

Demək olar ki, İsrailin icra etdiyi gündəlik əməliyyatlara və geniş planlara baxmayaraq, İordan çayının qərb sahilinə silah göndərilməsini və artan müqaviməti dayandıra bilmədi, çünki bu proses İsrailin düşündüyü kimi, kəşf etmək və ya bir sıra kəşfiyyat-döyüş əməliyyatları ilə dayandırmaqdan daha çox mürəkkəbdir.

İndi İordan çayının qərb sahili İsrailin yüksək rütbəli məmurları üçün ən vacib və çətin məsələlərdən birinə çevrilib; Xüsusilə, Fələstin müqavimətinin yüksək səviyyəli rəsmilərinin Tehrana son səfəri və İslam İnqilabı rəhbəri və digər İran rəsmiləri ilə görüşündə İordan çayının qərb sahilinə dəstək və Fələstin müqavimət dəstələrinin qüdrətinin artırılması məsələsi vurğulanmışdır.

İsrailin Cenində müqavimətə qarşı hərbi əməliyyatı başlamasından sonra İsrail rəsmilərindən biri İsrailin Kan kanalı ilə söhbətində dedi: “Ceninə qarşı hərbi əməliyyatda məqsədimiz bu şəhərin müqavimət üçün sığınacaq olması məsələsinə son qoymaqdır. Bu əməliyyat lazım olan zamana qədər davam edəcək”. Bu sözlər İsrail hakimiyyətinin İordan çayının qərb sahilində müqavimət qüvvələrinin mövcudluğu və artması ilə bağlı narahatlığını açıq şəkildə göstərir.

Sionistlər qorxurlar ki, müqavimət cəbhəsinin İordan çayının qərb sahilində yerləşən müqavimət qüvvələrinə dəstəyi artacaq və İordan çayının qərb sahili ikinci Qəzza zolağına çevriləcək. İndi də İordan çayının qərb sahili İsrail rejimi üçün başqa bir Qəzzaya çevrilib və sionist rejimin keçmişdə bu rejimin müqavimətə qarşı digər əməliyyatları kimi indiki addımları da nəticəsiz qalacaq!

Daha çox oxuyun: İsrailin Ceninə kütləvi hücumunda 30 şəhid və yaralı var + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir