İsrailin Ceninə kütləvi hücumunda 58 şəhid və yaralı var + VİDEO və FOTO

Bazar ertəsi 3 İyul 2023 - 12:56
https://az.iswnews.com/?p=23882

Sionist rejim “Ev Və Bağ” adlı əməliyyata başlayıb və Cenin düşərgəsindəki hədəflərə hücum edib və bu əməliyyat zamanı azı 8 fələstinli şəhid olub, 50 nəfər isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail rejimi ordusunun hava qüvvələri bu gün iyulun 3-də səhər saatlarında Cenin düşərgəsindəki hədəflərə silsilə hücumlar təşkil edib. Bir neçə dəqiqə sonra İsrail mediası İsrail ordusunun təyyarələrin dəstəyi ilə Cenin düşərgəsində Fələstin müqavimətinin hədəflərinə qarşı quru əməliyyatına başladığını açıqlayıb. Kan İvrit Radiosu vurğulayıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu şəxsən Cenindəki hərbi əməliyyatı izləyib.

Bu hücumlarla eyni vaxtda sionist ordusu bir bəyanatda Ceninə qarşı “Ev Və Bəğ” adlı quru və havadan hərbi əməliyyatların başladığını rəsmən elan etdi. İsrailli hərbi analitik Əmir Buxbutun sözlərinə görə, Ceninə qarşı hərbi əməliyyat Sionist Ordusunun İordan çayının qərb sahili briqadasının komandiri “Avi Balut”un komandanlığı altındadır.

Bəzi sionist mənbələr bu əməliyyatın iki-üç gün davam edə biləcəyini açıqlayıblar. Həmçinin İsrailin yüksək rütbəli siyasi rəsmisi ibrani dilli Kan kanalı ilə söhbətində Ceninə qarşı hərbi əməliyyatın məqsədinin şəhərin müqavimət üçün sığınacaq mövqeyinə son qoymaq olduğunu və bu əməliyyatın nə qədər lazım olsa davam edəcəyini açıqlayıb.

Sionist Ordusu və Şabak, müqavimət mövqelərinə qarşı silsilə hücumlar həyata keçirdikdən sonra ortaq bəyanatla fələstinli qrupların Cenindəki əməliyyat qərargahını hədəfə aldıqlarını açıqlayıblar. Bundan əlavə, İsrail Ordusu hava hücumları ilə İordan çayının qərb sahilindəki Cenin düşərgəsində silahlı qrupların komanda qərargahını hədəfə aldığını iddia edib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail rejiminin Ceninə hücumları nəticəsində ən azı 8 fələstinli şəhid olub, 50 nəfər isə yaralanıb. Bəzi yaralıların vəziyyətinin ağır olması və İsrailin Cenin əməliyyatlarının davam etməsi nəzərə alınaraq, şəhidlərin sayının artması ehtimalı var.

Bu günün şəhidləri

İsrail mediası, İsrail Ordusunun Qəzza zolağındakı müqavimət qruplarının işğal olunan torpaqlara hər hansı raket hücumuna hazırlaşmaq üçün, Dəmir Qübbə sistemlərini yerləşdirdiyini və işə saldığını açıqlayıb.

Bununla əlaqədar olaraq, Sionist Ordusunun Radiosu elan edib: “Qəzza zolağının sərhəd bölgəsində təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi üçün yaxın zamanda iclas keçiriləcək. Buna səbəb isə, lazım olduğu təqdirdə, Cenin hadisələrinə cavab olaraq müqavimətin ehtimal olunan raket hücumlarına hazırlaşmaq üçün köçkün mühacirlərə göstərişlərin verilməsidir”.

Fələstin müqavimət qrupları ilə İsrail rejimi arasında son gərginliyə əsasən, çox güman ki, sionistlərin bu hərəkətindən sonra Qəzzada fələstinli müqavimət qrupları işğal olunmuş ərazilərə qarşı hücumlar təşkil edəcək və bu bölgələrdəki sionistlər Fələstin müqavimətinin raket hücumlarına məruz qalacaq.

Sionist ordu təyyarələrinin Cenindəki hədəflərə hava hücumu
Cenində müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında qarşıdurmanın videosu
Yaralı fələstinlilərin xəstəxanaya çatdırılması anı
İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdslə əlaqəli Kətibə Cenin sionist düşmənin Ceninə cinayətkar hücumunun əvvəlindən bu rejimin Cenin düşərgəsində iki kəşfiyyat hava təchizatını vuraraq ələ keçirdiyini elan edib.
İsrail əsgərləri Cenində üç fələstinli gəncə atəş açıb, bu zaman hər üçü ağır yaralanıb və çox təhlükəli vəziyyətdədir.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir