İsrail aviasiyası Homs şəhərinin ətrafına zərbələr endirib + FOTO və VİDEO

Bazar 2 İyul 2023 - 11:12
https://az.iswnews.com/?p=23805

Sionist rejim qırıcıları Suriya ordusunun Homs şəhərinin ətrafındakı mövqelərini bir neçə raket zərbəsi ilə hədəfə alıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bazar günü yerli vaxtla saat 00:20 radələrində sionist düşmən Beyrutun şimal-şərq istiqamətindən bir neçə raketlə Homs şəhəri ətrafında hədəflərə hücum edib. Suriya Hava Hücumundan Müdafiə Sistemləri raketlərin çoxunu vurub. Bu hücum maddi ziyanla nəticələnib.

Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Homs şəhərinin şimalında yerləşən Ən-Nəcmə kəndindəki mövqelərindən birinin İsrail qırıcılarının hücumuna məruz qaldığı bildirilir.

Bu hücum zamanı Suriya ordusunun müdafiə sistemləri işğal altındakı Fələstinin Rəht bölgəsinə düşən İsrail qırıcılarına zenit raketi atıb.

İsrail ordusu verdiyi açıqlamada Suriyadan müdafiə raketinin işğal olunmuş Fələstinin ərazisinə atıldığını və düşdüyünü təsdiqləyərək, bu raketin səmada partladığı ehtimalını açıqlayıb. Bununla bağlı araşdırmalara başlanılıb.

Bir sıra İbrani KİV-ləri bununla bağlı yazıblar: “Raket Suriyanın Homs bölgəsindən (İsrail qırıcılarının hücum etdiyi bölgə) Rəht bölgəsinə qədər və sionist rejimin müdafiə sistemləri səddini keçdikdən sonra 400 kilometrdən çox məsafə qət etməyi bacarıb və bu bölgəyə düşüb”.

İsrailin iddiasına görə Suriya raketinin qət etdiyi məsafə

Digər tərəfdən, bəzi İsrail mənbələri işğal altındakı Fələstinin şimalında yerləşən “Patriot” hava hücumundan müdafiə sisteminin sionist rejim qırıcısına atılan Suriya zenit raketini ələ keçirdiyini və raketin qalıqlarının Rəht bölgəsinə düşdüyünü iddia edib.

Qeyd edək ki, iyunun 14-də sionist rejim qırıcıları işğal altındakı Colandan bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum etmişdilər. Bu hücum maddi ziyana səbəb olmuşdur.

Daha çox oxuyun: İsrail aviasiyası Dəməşqin ətrafına hücum edib + FOTO və VİDEO

Suriya ordusunun hava hücumundan müdafiəsi tərəfindən İsrail raketlərinin tutulması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir