Qəzzada Kataib Əl-Qəssamın silah sərgisi keçirilib + FOTO

Şənbə 1 İyul 2023 - 13:59
https://az.iswnews.com/?p=23784

Fələstin HƏMAS hərəkatının hərbi qolu Qəzza zolağında sərgi təşkil edərək bəzi silah və texnikalarını nümayiş etdirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin HƏMAS hərəkatının hərbi qanadı Kətaib Əl-Qəssam müqavimət dəstəsi Qəzza zolağının mərkəzindəki Əl-Nəsirat düşərgəsində silah və hərbi texnikasını nümayiş etdirmək üçün sərgi keçirib.

Qurban bayramı münasibətilə keçirilən bu sərgidə HƏMAS hərəkatının hərbi qolu özünün müxtəlif silah və hərbi texnikasını, o cümlədən yerli raketləri, zenit və zireh əleyhinə raketləri, minaatanları, dronları və digər silahları nümayiş etdirib. Bu sərgi Qəzzada Fələstin vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Həmçinin bu sərgidə Kətaib Əl-Qəssam dəstəsi müqavimət qüvvələrinin 2014-cü il müharibəsində Əbu Mutbiq hərbi bazasına hücumu zamanı işğalçı İsrail qüvvələrindən ələ keçirdiyi M4 avtomat silahını nümayiş etdirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir