UNAMA hesabatı: Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra 3700-dən çox mülki şəxs ölüb və yaralanıb

Çərşənbə 28 İyun 2023 - 10:21
https://az.iswnews.com/?p=23728

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı nümayəndəliyinin hesabatına əsasən, son iki ildə yüzlərlə qadın və uşaq da daxil olmaqla 3774 mülki şəxs öldürülüb və yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Nümayəndəliyi (UNAMA) mayın 28-də yayımladığı hesabatda, 2021-ci il avqustun 15-dən 2023-cü il mayın 30-dək, son iki il ərzində, Əfqanıstanda yüzlərlə qadın və uşaq daxil olmaqla 3774 dinc sakin öldürülüb və yaralanıb.

UNAMA-nın verdiyi məlumata görə, son iki il ərzində Əfqanıstanda 1095 dinc sakin həlak olub, onlardan 700-ü terror aktları, kamikadze partlayışları və ictimai yerlərdə, o cümlədən məscidlərdə, məktəblərdə, təhsil mərkəzlərində əldəqayırma partlayıcı qurğuların partlaması nəticəsində həlak olub və Əfqanıstanın böyük şəhərlərində yüzlərlə qadın və uşaq da daxil olmaqla 2679 mülki şəxs yaralanıb.

Taliban hökumətində mülki şəxslərin tələfat sayı əvvəlki Əfqanıstan hökuməti ilə müqayisədə azalsa da, 3500-dən çox mülki şəxsin ölümü narahatedicidir və bu, Taliban hökumətində dərin təhlükəsizlik problemlərini və İŞİD də daxil olmaqla, terror qruplarının artmasını göstərir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir