Vaqner qüvvələrinin Rostov şəhərinə daxil olması + FOTO və VİDEO

Şənbə 24 İyun 2023 - 10:20
https://az.iswnews.com/?p=23492

Vaqner qüvvələri bu dəstənin komandiri Yevgeni Priqojinin əmri ilə Ukrayna cəbhələrini tərk edərək Rusiyanın Rostov və Pavlovsk şəhərlərinə daxil olub. Bu qüvvələr müdafiə naziri və ordunun baş qərargah rəisi onlara təhvil verilməsə, Moskvaya doğru hərəkət edəcəkləri ilə hədələyiblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Vaqner qüvvələri bu dəstənin komandiri Yevgeni Priqojinin əmri ilə Ukrayna cəbhələrini tərk edərək Rusiyaya doğru istiqamət alıb. Priqojin həmçinin iddia edib ki, onun qüvvələri onlara hücum etmək istəyən helikopteri vurub. İndiyədək o, iddiaları ilə bağlı heç bir görüntü dərc etməyib.

Aşağıdakı şəkillər və video Vaqner qüvvələrinin Rostov şəhərinə mövcudluğu ilə bağlıdır. Bu ana qədər Vaqnerlə Rusiya ordusu arasında heç bir silahlı münaqişə olmayıb. Həmçinin, Vaqner qüvvələrinin Voronej vilayətinin Pavlosk şəhərinə gəlişini əks etdirən görüntülər də dərc olunub.

Görünür, Priqojin öz məqsədlərinə çatmaq üçün rus ordusu ilə qarşılaşmaqdan qorxmur. Hərbi Hava Qüvvələrinin komandanı general Sergey Sorovikinin vasitəçilik və sakitliyi qorumaq çağırışı da nəticə vermədi və Priqojinin addımları davam edərsə, Vaqner şirkətinin ləğvi və Priqojinin həbs olunma ehtimalı böyükdür.

Vaqner qüvvələri Rostova daxil olur

Daha çox oxuyun: Vaqner qüvvələrinin rəhbəri: Rus ordusu bizi namərdcəsinə bombaladı; Biz qisas alacağıq! + FOTO və VİDEO

Yevgeni Priqojin Rusiya Ordusunun Rostov şəhərindəki əməliyyat qərargahı mərkəzinə daxil olduqdan sonra deyib:

“Əgər müdafiə naziri (Sergey Şoyqu) və Baş Qərargah rəisi (Valeri Gerasimov) bizə təhvil verilməsə, biz Rostova nəzarəti ələ keçirib, Moskvaya doğru hərəkət edəcəyik. Gerasimov komanda mərkəzinə yaxınlaşdığımızı biləndən sonra buradan qaçdı.

Ordumuz cənub komandanlıq mərkəzini və Rostovdakı hərbi obyektlərə, o cümlədən şəhərin hava limanına nəzarəti ələ keçirib. Biz hava limanını nəzarətə götürdük ki, qırıcılar bizi bombalamasın, Ukraynada öz missiyasını yerinə yetirsinlər. Əməliyyat komandanlığı mərkəzi normal rejimdə işləyir və vəzifələrini yerinə yetirmək üçün heç bir maneə yoxdur”.

Priqojinin Rostovda müdafiə nazirinin müavini və ordunun Baş Qərargahı komandirinin müavini ilə görüşüb danışdığı da bildirilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir