İslami Cihad və HƏMAS liderləri SEPAH-ın Qüds Qüvvələri komandiri ilə görüşüb

Cümə axşamı 22 İyun 2023 - 07:36
https://az.iswnews.com/?p=23400

Fələstin İslami Cihad Hərəkatının baş katibi müsahibəsində bildirib ki, HƏMAS hərəkatı ilə SEPAH-ın Qüds Qüvvələri komandirinin iştirakı ilə mühüm görüş keçirilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə dünən 21 iyun tarixində Əl-Aləm kanalı ilə eksklüziv söhbətində deyib: “İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandiri Sərdar Qaaninin hüzurunda, Fələstin HƏMAS Hərəkatının rəhbəri ilə əhəmiyyətli bir görüş keçirdik. Yaxın vaxtlarda İran rəsmilərinin iştirakı ilə digər müqavimət dəstələri ilə birgə görüşlərin keçiriləcəyi gözlənilir”.

O, əlavə edib: “İran bu görüşlər vasitəsilə Fələstin xalqını heç vaxt İsrail düşməni qarşısında tək qoymayacağı mesajını vermək istəyir. İsrail İslami Cihad hərəkatını hədəfə almaq istədiyini açıq şəkildə bəyan edib və bu kontekstdə hərəkatın üç komandirini şəhid edib”.

Ziyad Ən-Nəxxalə müqavimət komandirlərinin şəhadətinin heç vaxt müqavimətin belini qırmayacağına işarə edib və bildirib: “Müqavimətə qarşı həyata keçirilən sui-qəsdlər həmişə müqaviməti gücləndirəcək. Sionist rejim müqavimət liderlərini şəhid etməklə müqavimətin ümidini sındırmağa çalışır”.

O, sionistlərin yarıdan çoxunu sığınacağa getməyə məcbur edə bildiklərini vurğulayaraq dedi: “Sionist rejimin paytaxtı Təl-Əvivi və bir çox sionist mövqelərini hədəfə aldıq. Biz son müharibədə sionist rejimə qarşı mühüm nailiyyətlər əldə edə bildik”.

Qeyd edək ki, sionist rejim ordusunun Qəzza zolağına hücumları mayın 9-da səhər saatlarında “Qalxan və ox” adlanan əməliyyat çərçivəsində Əl-Qüds qərargahının 3 yüksək rütbəli komandirinin şəhadəti ilə başladı və 13 may axşam saatlarınadək davam etdi. Müxtəlif tərəflərin təzyiqi və Fələstin müqavimət dəstələri ilə İsrail rejiminin razılaşmasından sonra tərəflər arasında atəşkəs razılaşması saat 23:00 radələrində (Fələstin vaxtı ilə) həyata keçirildi.

Daha çox oxuyun: İslami Cihad Hərəkatının baş katibi beş günlük müharibənin başa çatdığını elan etdi; Ən-Nəxxalə: Müqavimətin bütün dəstəkçilərinə təşəkkür edirik

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir