Molla Nadere Daiş-in Bəlxaba səfəri; Dini məktəb açmaq və ya Duhnə bazarını yandırmaq? + FOTO

Çərşənbə 21 İyun 2023 - 05:21
https://az.iswnews.com/?p=23285

Sərepol qubernatorunun müavini Molla Nadere Daiş-in göstərişi ilə Taliban silahlıları Bəlxab şəhərindəki Duhnə bazarını yandıraraq ticarət obyektlərinə ciddi ziyan vurublar.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 19-da axşam saat 21:00 radələrində Bəlxab şəhərinin Duhnə bazarında qəsdən baş vermiş yanğın nəticəsində bir neçə ticarət dükana ziyan dəyib, 15 milyondan çox əfqani (180 min dollara bərabər) Bəlxab əhalisinin əmlakına ziyan dəymişdir.

Qeyd edək ki, Sərepol vilayətindəki Taliban qubernatorunun müavini, Molla Nadere Daiş kimi tanınan Damla Məhəmməd Nader Haqcu dini elmlər məktəbi açmaq üçün Bəlxab şəhərinə gedib və çox güman ki, Duhnə Bazarı onun sifarişləri üzərində yandırılıb. Bu bazarı Talibanın qovulmuş komandiri Moləvi Mehdi Mücahid tikdirib.

Yerli mənbələrin açıqlamalarına görə, Molla Nadere Daiş kimi tanınan Damla Məhəmməd Nader Haqcu sələfi təfəkkürünə görə keçmişdə şiələrə qarşı bir çox cinayətlər törədib, o cümlədən 2017-ci ilin avqustunda Sərepol vilayətinin Səyyad rayonunda yerləşən Mirzavelənq bölgəsində şiələri öldürüb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir