Əl-Xuxa şəhərində Tariq Saleh qüvvələri daxili qarşıdurmadadırlar
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tariq Saleh qüvvələri ilə Birləşmiş Qüvvələrin (Tariq Saleh tabeliyində) dəstək briqadasının komandiri Əbu Ziyab Əl-Əlqəminin silahlı qüvvələri arasında baş verən qarşıdurma nəticəsində, Yəmənin Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Əl-Xuxa şəhərində ən azı bir neçə nəfər ölüb və yaralanıb.
Bu münaqişə bazar günü, iyunun 18-də Tariq Salehin Əl-Əlqəmini Birləşmiş Qüvvələrə Dəstək Briqadasının komandanlığından uzaqlaşdırması ilə başlayıb. Hazırda Əl-Əlqəmi bu əmri yerinə yetirməkdən imtina edib və dəstək briqadasının əsasən Əs-Səbihə qəbilələrindən olan silahlı şəxsləri ona dəstək veriblər.
Dünən səhər (19 iyun) bu briqada Tariq Salehin qüvvələrindən ayrıldığını elan edərək Əl-Xuxa şəhəri, Rabitə Binası və Əl-Məxa yolunun bir hissəsini nəzarətə götürüb. Tariq Saleh də bu qüvvələrin yatırılması üçün əmr verib və onun qüvvələri Əl-Xuxaya göndərilib. Həmçinin, Əs-Səbihə qəbiləsi Əl-Xuxadakı dəstək briqadasının qüvvələrinə kömək etmək üçün Ləhic əyalətinin cənub sahilindən öz silahlı qüvvələrini oraya yönəldib, lakin Tariq Saleh qüvvələrinin Əl-Xuxaya gedən yollara nəzarəti səbəbindən, onların bu şəhərə çatması çətin və qeyri-mümkün görünür.
Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ
Rəy