Həşd-Şəəbi Neynəva və Əl-Ənbar əyalətlərində geniş əməliyyatlar keçirir + FOTO

Bazar ertəsi 19 İyun 2023 - 14:13
https://az.iswnews.com/?p=23198

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Həşd-Şəəbi Təşkilatı iki əyalətdə Neynəva və Əl-Ənbarda İŞİD qalıqlarının təmizlənməsi üçün genişmiqyaslı əməliyyata başladığını elan edib.

Həşd-Şəəbi iyunun 18-də verdiyi açıqlamada Neynəva və Əl-Ənbar əyalətlərində İŞİD-in qalıqlarını təmizləmək üçün genişmiqyaslı əməliyyata başladığını elan edib. Neynəvadakı Həşd-Şəəbi əməliyyatlarının komandanlığı elan edib: “Bu təşkilatın kəşfiyyat və məlumat idarəsindən tutmuş əməliyyat briqadalarına qədər bütün bölmələri bu əməliyyatda iştirak edir. 21, 25, 44 və 60 saylı 4 briqada ordu qüvvələrinin dəstəyi ilə səhralarda və kəndlərin daxilində İŞİD terrorçularının sığınacaqlarını müəyyənləşdirib məhv etməyə çalışır”.

Bu əməliyyatla eyni vaxtda Əl-Ənbardakı Həşd-Şəəbi əməliyyatlarının komandiri Qasim Muslih Əl-Ənbar vilayətinin qərb bölgələrində altı cəbhədə növbəti əməliyyatın başladığını elan edib. Onun açıqlamalarına görə, bu əməliyyat Əl-Ənbar vilayətinin qərbindən Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə sərhəd zolağına qədər həyata keçiriləcək.

Qeyd edək ki, İraqın müxtəlif bölgələrində İŞİD terror qruplaşmasının və onun fərari ünsürlərinin yenidən üzə çıxmaması məqsədi ilə həftəlik olaraq təhlükəsizlik qüvvələrinin davamlı əməliyyatları icra olunur. Buna baxmayaraq, bu terror qruplaşmasının gizli ünsürləri Bağdad, Səlahəddin, Diyalə, Kərkük, Neynəva, Əl-Ənbar və s. bölgələrdə görsənib. Onlar, İraqın təhlükəsizlik qurumlarının əməliyyatlarına baxmayaraq, İraqın müxtəlif vilayətlərində son bir neçə ayda hərbçi və mülki vətəndaşlara qarşı əməliyyatlar həyata keçiriblər.

Daha çox oxuyun: İraqda son 40 gündə İŞİD-in hərəkətlərinin təfərrüatları + VİDEO + FOTO

İŞİD terror qruplaşmasının əməliyyatlarının artması ilə İraq təhlükəsizlik qüvvələrinin kəşfiyyat və döyüş əməliyyatları da artıb. Bir müddət sonra və İraq qüvvələrinin İŞİD-ə qarşı silsilə əməliyyatları başa çatdıqdan sonra İraq Birgə Əməliyyatlar Komandanlığının sözçüsü Təhsin Əl-Xəfaci hazırkı İraq hökuməti qurulandan bəri silahlı qüvvəllərin əməliyyatları nəticəsində 155 İŞİD terrorçusunun öldürüldüyünü açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir