Məqalə: Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan kimdir?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Şənbə 17 İyun 2023 - 21:48
https://az.iswnews.com/?p=23148

Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi yeni hökumətin kabinetinin siyahısı açıqlandıqdan sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri bu ölkənin Xarici İşlər Nazirliyinə sədr təyin edilib və nazir vəzifəsində fəaliyyətə başlayıb; Bəs Hakan Fidan kimdir və onun karyerasında hansı fəaliyyətlər yer alır?

2002-ci ildə Hakan Fidan Türkiyə prezidentinin müşaviri kimi işini başa vuraraq, Ali Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Bundan sonra 2010-cu ildə MİT-in direktorlar şurasının üzvü olub. 2015-ci ildə MİT-in rəhbəri vəzifəsində çalışıb və 2023-cü ilə qədər (seçkilərdə iştirak etmək üçün istefa verdiyi bir aylıq müddət istisna olmaqla) bu vəzifədə məşğul olub. Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən qələbəsi və yeni hökumətin kabinetinin siyahısının açıqlanmasından sonra Hakan Fidan bu ölkənin xarici işlər naziri kimi təqdim edilib.

Fidan Türkiyənin MİT Təşkilatına rəhbər təyin olunmazdan əvvəl Türkiyə Kəşfiyyat Təşkilatının yalnız daxili məsələlərlə məşğul olduğunu, xarici məsələlərə qarışmadığına, hətta rəy bildirmədiyinə etiraz etmişdir. Lakin, o, MİT Təşkilatının sədrliyinə başlayandan sonra bu təşkilatın yanaşmasındakı istədiyi dəyişikliyi praktikada tətbiq etməyə başladı.

Təhlükəsizlik institutlarında və təhlükəsizlik-siyasi işlərdə uzun müddət təcrübəyə malik olan o, bəzi əleyhdarları tərəfindən İran İslam Respublikası ilə sıx əlaqələrdə ittiham olunur. Bəziləri onu İran aşiqi və Qasim Süleymaniyə aşiq adlandırır, bəziləri hətta onu İranın kəşfiyyat və təhlükəsizlik qurumları ilə əməkdaşlıqda ittiham edir, lakin Türkiyə hökumətinin tərəfdarları hesab edirlər ki, yuxarıda qeyd olunan ittihamlar əsassızdır və yalnız onu gözdən salmaq üçün yayılıb.

2013-cü ilin oktyabrında Amerikanın “Wall Street Journal” və “Washington Post” qəzetləri iki ayrı xəbərdə Fidanın rəhbərlik etdiyi “MİT” təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında sıx əlaqələrin olmasından bəhs etmişdi. Wall Street Journal öz hesabatında yazmışdır ki, Amerika rəsmiləri Fidanın ABŞ və İsrailin məxfi məlumatlarını iranlı həmkarları ilə paylaşdığına inanır. Bir həftə sonra “Washington Post” qəzeti üzə çıxardı ki, Fidan İran kəşfiyyatına iranlılardan ibarət İsrail casus qrupu haqqında məlumat verib.

İndiyədək Fidanla İran arasında əlaqə ilə bağlı heç bir etibarlı sənəd dərc olunmayıb. Lakin onun sanksiyalardan yan keçmək, Livanda bir iranlı məmura sui-qəsd, 2019-ci ilin noyabrında İranda baş verən iğtişaşlar və Mossad terrorçularının mərkəzlərinə zərbə endirmək kimi bəzi məsələlərdə İranın kəşfiyyat və təhlükəsizlik orqanlarına faydalı köməkləri olduğu bildirilir.

İsrail kəşfiyyat rəsmiləri Fidandan o qədər üzgündürlər ki, Washington Post qəzetinin yazdığına görə, sionistlər CIA-dəki həmkarları ilə söhbətində MİT təşkilatının keçmiş rəhbərini “İran Kəşfiyyat Nazirliyinin ofisinin Ankaradakı rəhbəri” kimi qələmə veriblər!

Türkiyədə Suriya məsələsində bilavasitə məsul olan o, İranın imkanlarına yaxşı bələddir və Fidanın realist şəxsiyyətini nəzərə alsaq, Türkiyənin yeni xarici işlər nazirinin ölkənin xarici siyasətini regional uzlaşmağa (iddialı siyasətlərlə deyil) yönəldəcəyi, xüsusilə İranla münasibətləri yaxşılaşdırması gözlənilir.

İndi sual yaranır ki, Ərdoğan Fidanı yeni hökumətinin baş diplomatı seçməklə müqavimət cəbhəsi olan İran və Rusiya ilə daha sıx əlaqələr qurmaq niyyətindədirmi? Baxmayaraq ki, bu sualın dəqiq cavabını gözləməli olsaq da, yaxın gələcəkdə bu sualın cavabı məlum olacaq.

Rəcəb Tayyib Ərdoğanın hazırkı 5 illik prezidentlik müddətinin onun son dövrəsi hesab edildiyini nəzərə alsaq, çox güman ki, Hakan Fidanın təcrübələri və müxtəlif vəzifələrdəki performansı ilə gələcəkdə seçkilərə əsas namizədlərdən biri olacaq. Fidanın son illərdəki irəliləyişinin gedişatı və ölkədə yüksək vəzifələrə yüksəlməsi onun qarşıdan gələn seçkilərdə uğur qazanması ilə bağlı ehtimalları gücləndirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir