Ədənin qərbində Əs-Səbihə qəbilələri və Cənub Keçid Şurası silahlıları arasında qarşıdurma yaşanıb

Şənbə 17 İyun 2023 - 18:01
https://az.iswnews.com/?p=23134

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Ədən şəhərinin qərbində yerləşən Səlahəddin bölgəsində Əs-Səbihə qəbilələrinin silahlıları ilə Cənub Keçid Şurası silahlıları arasında baş verən qarşıdurma nəticəsində hər iki tərəfin qüvvələrinin bir neçə üzvü öldürülüb və yaralanıb.

Yerli mənbələr bu münaqişənin səbəbini Cənub Keçid Şurası silahlıları qüvvələrinin “Yeni Ədən Hava Limanı” adı altında Əs-Səbihə qəbilələrinin zəbt edilmiş torpaqlarının genişləndirilməsi kimi göstəriblər. Bununla əlaqədar tərəflər arasında gərginlik davam edir və Əs-Səbihə qəbiləsinin şeyxləri Ras Əl-Ara və Əl-Mudarabah bölgələrindən torpaqlarını geri almaq üçün hərbi yardım istəyiblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir