Netanyahu: İranlıların əlinə düşməsin deyə, Ukraynaya silah vermirik!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin baş naziri İranın Ukraynaya göndərilən avadanlıq və silahları əldə etməsi ilə bağlı hazırkı narahatlıqları Təl-Əvivin Kiyevə hərbi yardımdan imtina etməsinin səbəbi adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu Knesset üzvləri ilə görüşündə İran və Rusiya münasibətlərini tənqid edərkən deyib ki, Ukraynaya silah göndərilməməsinin səbəbi İranın həmin texnologiyalara çıxışı olub.
Walla News-un xüsusi xəbər buraxlışına görə, Netanyahu çərşənbə axşamı (13 iyun) Knesset nümayəndələri ilə görüşdə İran və Rusiya arasında hərbi əlaqələrin genişlənməsindən narahatlığını ifadə edib.
Bu görüşdə Netanyahu Rusiya ilə səmimi və açıq söhbət etdiyini iddia edib və ölkə rəsmilərinə bildirib ki, Təl-Əviv Tehran və Moskva arasında qabaqcıl texnologiyaların mübadiləsindən narahatdır.
Sionist rejimin baş naziri çərşənbə axşamı qapalı iclasda Knesset nümayəndələrinə elan edib: “Biz bilmirik ki, Rusiya İrandan aldığı hərbi yardımları hansı valyuta ilə ödəyir. İsrail Ukraynaya hava hücumundan müdafiə sistemləri vermir, çünki bu texnologiya Rusiyanın əlinə keçib, daha sonra İrana keçəcəyindən narahatdır”.
2022-ci ilin fevralında İsrailin baş naziri Benyamin Netanyahu Kiyevə hərbi yardım göndərməyi düşündüyünü və bu münaqişədə vasitəçilik etməyə hazır olduğunu bəyan etdikdən sonra Rusiya İsrail tərəfindən Ukraynaya hər hansı silah göndərilməməsi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, Rusiya və Ukraynanın döyüş meydanından dərc edilmiş görüntülər göstərir ki, İsrailin bir sıra texnika və silahları, o cümlədən “Spike” tank əleyhinə raketləri və “Gaia Amir” MRAP-ları Ukrayna hərbçilərinə verilib.
Daha çox oxuyun: İsrail MRAP-ları Ukraynada! + FOTO
Rəy