İmam Xamenei Ziyad Ən-Nəxxalə ilə görüşdə: Sionist rejim indi passivlik və irtica mövqeyindədir + FOTO

Cümə axşamı 15 İyun 2023 - 15:41
https://az.iswnews.com/?p=23057

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Tehrana səfəri zamanı İran İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb və onunla söhbət edib.

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə iyunun 14-də İrana səfəri zamanı İran İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb və onunla söhbət edib.

İmam Xamenei bu görüşdə İslami Cihadın son Qəzzə döyüşündəki qələbəsini təbrik edərkən, bugünkü sionist rejimin vəziyyətini yetmiş il əvvəlki ilə müqayisədə çox fərqli hesab edib və vurğulayıb: “Sionist düşmən indi passivlik və irtica mövqeyindədir və bu vəziyyət müqavimət dəstələrinin və Fələstin İslami Cihadın yolu düzgün tanıdığını və bu istiqamətdə irəlilədiyini göstərir”.

Ali Dini Lider risk can bahasına alınmayana qədər böyük məqsəd və işlərdə hədəflərə çatmağın mümkün olmayacağını vurğulayaraq deyib: “Bu gün Allahın lütfü sayəsində Fələstin müqavimət dəstələrinin və İslami Cihadın gücü və etibarı gündən-günə artıb və 5 günlük müharibədə sionist rejimin son məğlubiyyəti bunu təsdiq edir”.

İran İslam İnqilabının Rəhbəri qeyd edib: “Fələstin İslami Cihadı son Qəzzə döyüşündə yaxşı imtahan verdi və indi sionist rejimin vəziyyəti yetmiş il əvvəlki ilə müqayisədə dəyişib və sionist liderlərin bu rejimin səksəninci ildönümünü görməməkdən narahat olmağa haqqı var”.

O, İslami Cihad və digər Fələstin müqavimət dəstələrinin sionist rejimlə mübarizənin əsas yolunu tapdıqlarını vurğulayaraq əlavə edib: “İordan çayının qərb sahilində müqavimət dəstələrinin artan qüdrəti sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir”.

İmam Xamenei Fələstin silahlı dəstələrinin siyasət və döyüş arenasında fəaliyyət birliyi istiqamətindəki hərəkətini yüksək qiymətləndirərək, bunu çox mühüm hesab edib və İran İslam Respublikasının Fələstin xalqı və silahlı dəstələrə dəstəyinin davam etdirilməsini vurğulayıb.

Bu görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə Fələstin xalqının İran İslam Respublikasının daimi dəstəyini və mübarizələrini təqdir etməklə yanaşı, işğal altındakı Fələstində baş verən son hadisələr, xüsusilə də sionist rejimin Qəzzədəki 5 günlük müharibədə məğlubiyyəti ilə bağlı hesabat verib və İordan çayının qərb sahilindəki vəziyyət və müqavimət dəstələrinin üstünlüyünü bu bölgədə açıqlayaraq dedi: “İslami Cihad Qəzzə müharibəsindən başı uca çıxdı. Tezliklə son qələbənin və Qüds Şərifin azad edilməsinin şahidi olmağa ümid edirik”.

Daha çox oxuyun: İslami Cihad Hərəkatının baş katibi beş günlük müharibənin başa çatdığını elan etdi; Ən-Nəxxalə: Müqavimətin bütün dəstəkçilərinə təşəkkür edirik

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir