Həşd-Şəəbi İranın Mühacir 6 dronunun ixrac versiyasını istifadə edib + VİDEO

Cümə axşamı 15 İyun 2023 - 14:19
https://az.iswnews.com/?p=23038

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatı “M6” adlı dronun İrana məxsus Mühacir 6 dronunun ixrac versiyasının uçuşunu video yayımlayaraq elan edib.

İyunun 14-də İraqın Həşd-Şəəbi Təşkilatı video yayımlayaraq “M6” dronunun hərbi təlimdə olduğunu açıqlayıb. Bildirilir ki, bu dron İranın Mühacir 6 dronunun ixrac versiyasıdır, lakin İraq Həşd-Şəəbi Təşkilatının ekspert qüvvələri tərəfindən bu İran dronunda dəyişikliklər edilib.

Həşd-Şəəbi tərəfindən yayımlanan videoda Mühacir 6 dronu təlim missiyasında iki Qaim 5 bombasından istifadə edərək iki təlim hədəfini yüksək dəqiqliklə məhv edir. Vurmanın yüksək dəqiqliyi və bu dronu rahat idarə etmək və işlətmək, bu videoda açıq-aydın görünür.

Bundan öncə, 2021-ci ilin əvvəlində Mühacir 6 dronu ilə birlikdə Tufan Amerpi, Səfir Jeepi, Çəmruş dronu və Rəəd reaktiv yaylım atəşi sistemləri kimi İran istehsalı olan bəzi digər silah və hərbi texnika ilə birlikdə İraqın Diyalə vilayətində yerləşən Şəhid Əbu Muntəzir Əl-Məhəmmədavi (keçmiş Əşrəf) düşərgəsində Həşd-Şəəbi qüvvələrinin paradı zamanı göstərilmişdir.

Mühacir 6 döyüş kəşfiyyatı dronu İran İslam Respublikası Müdafiə Nazirliyi tərəfindən istehsal olunan orta səviyyəli drondur. Bu dron ilk dəfə 2017-ci ildə aprel ayında İranın o zamankı prezidentinin Müdafiə Nazirliyinin müdafiə nailiyyətləri sərgisinə səfəri zamanı rəsmi olaraq nümayiş etdirilmişdir. Mühacir 6 dronu İranın ən uğurlu ixrac dronu sayıla bilər. Bu dron İraqa (Həşd-Şəəbi Təşkilatına) və Efiopiyaya ixrac edilib.

Daha çox oxuyun: Hərbi Məlumat: Mühacir-6 Döyüş Kəşfiyyat Dronu

Görünən odur ki, Həşd-Şəəbi iranlı mütəxəssislərin köməyi ilə dronların idarə edilməsi, istifadəsi və modifikasiyası üçün əlverişli nöqtəyə çatıb. Şəhid Əbu Mehdi Əl-Mühəndis şəhadətindən əvvəl Həşd-Şəəbinin hava qüvvələrinin yaradılmasının vacibliyini vurğulamışdır. Bu tapşırıq əsasında, son illərdə, Həşd-Şəəbi öz hava qüvvələrini gücləndirmək planlarını qurub icra etməkdədir.

Həşd-Şəəbi Təşkilatı tərəfindən yayımlanan video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir