Ərdoğan: Zəngəzur dəhlizində Ermənistanla deyil, İranla problemimiz var!

Çərşənbə 14 İyun 2023 - 22:09
https://az.iswnews.com/?p=23029

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərinin sonunda Ermənistanın bu məsələ ilə bağlı probleminin olmadığını və əsas problemin İranla bağlı olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərinin sonunda və Türkiyə mediası ilə söhbətində Türkiyə və Azərbaycanın ikitərəfli məsələlərinə, eləcə də Qafqaz regionunda baş verən son hadisələrə toxunub və Zəngəzur dəhlizi ilə bağlı deyib:

“Zəngəzur dəhlizinə gəlincə, bu, Ermənistan üçün problem deyil. Zəngəzur dəhlizi İranla bağlı problemdir. Yəni iki müsəlman ölkəsinin problemidir. İranın bu məsələdə belə mövqe tutması həm Azərbaycanı, həm də bizi narahat edir. Əslində bu, onları da əsəbləşdirməlidir. Bundan əlavə, burada bir vaqondan alınan rüsumlar, təəssüf ki, çox, çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər onlar buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm də dəmir yolu ilə bir-birinə inteqrasiya olunar və bəlkə də Pekin-London xətti belə açılardı”.

O, Zəngəzur dəhlizinin açılmasını Türkiyə, Azərbaycan və İranı birləşdirən amil kimi qiymətləndirib və onun tezliklə həllini Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində səmərəli hesab edib.

İlham Əliyev Ərdoğanla birgə mətbuat konfransında da bildirib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və iki ölkə Türkiyə və Azərbaycan bundan sonra xarici siyasətdə, o cümlədən bu məsələdə ortaq yanaşmaya əl atacaqlar.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də axşam saatlarında Bakıya gəlib. Bu, Ərdoğanın Türkiyə prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfəridir.

Bu səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Gülər, nəqliyyat naziri Əbdül Akdir Oraloğlu və Təhlükəsizlik naziri İbrahim Kalın kimi nazirlər Türkiyə prezidentini müşayiət ediblər.

İlham Əliyev son seçkilərdə Ərdoğanın qələbəsi üçün heçnə əsirgəmədi və Türkiyənin İğdır vilayətinin azərbaycanlı azlığından Ərdoğana səs vermələrini xahiş etdi. Təbii ki, bu səsvermədə Əliyevin Ərdoğana maddi yardım etməsi ilə bağlı söz-söhbət də var.

Ümumiyyətlə, Azərbaycan Respublikasının İran, Ermənistan və Rusiya ilə çoxlu gərginliyi var və Türkiyənin köməyi olmadan regioanl məsələlərdə baş qaldıra bilməz. İlham Əliyevi bu ilin payızında referendum gözləyir və referendum məsələsi hələ hökumət və parlament tərəfindən rəsmi şəkildə bəyan edilməsə də, Türkiyənin bu referendumda kömək edəcəyi uzaq görsənmir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir