Quneytərə əyalətində dörd suriyalı hərbçi şəhid edilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum silahlı şəxslərin terror aktları nəticəsində Quneytərə vilayətinin müxtəlif bölgələrində 4 Suriya hərbçisi şəhid olub.
İyunun 12-də naməlum silahlı şəxslər Suriyanın Quneytərə əyalətində yerləşən Nəba Əs-Səxr qəsəbəsinin polis bölməsinin yüksək rütbəli polis əməkdaşlarını hədəfə alıblar. Nəticədə iki yüksək rütbəli polis zabiti şəhid olub.
Bu hadisədən sonra hadisə yerinə yardımçı qüvvələr göndərilib. Silahlı ünsürlərin Suriyanın daxili təhlükəsizlik qüvvələri tərəfindən axtarıldığı bildirilir.
Bu terror aktından bir neçə saat sonra naməlum silahlı şəxslər Quneytərə əyalətinin Əl-Səmdaniyyə qəsəbəsi yaxınlığında iki suriyalı hərbçini hədəfə alıblar və bu zaman hər iki hərbçi şəhid olub.
Qeyd etmək lazımdır ki, son aylar ərzində Quneytərə əyalətində təhlükəsizlik və müxtəlif terror aktları, o cümlədən partlayışlar, sui-qəsdlər və hədəflənmiş terror aktları artıb.
Rəy