Suriyada Amerikaya aid helikopter qəzaya uğradı; 22 hərbçi yaralandı! + FOTO

Çərşənbə axşamı 13 İyun 2023 - 16:23
https://az.iswnews.com/?p=22982

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın şimal-şərqində ABŞ helikopterinin qəzaya uğraması nəticəsində 22 Amerika əsgəri yaralanıb.

ABŞ-ın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) iyunun 13-də Suriyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 22 Amerika əsgərinin yaralandığını açıqlayıb.

Bu açıqlamada yaralı əsgərlərin müalicəsinin davam etdiyi, yaralılardan 10-nun bölgə xaricindəki tibb mərkəzlərinə və xüsusi qayğı bölmələrinə göndərildiyi bildirilir.

CENTCOM-un məlumatına görə, bu hadisənin səbəbi araşdırılır. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Suriyanın şərq və şimal-şərq bölgələri ara-sıra Amerika hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) terror qruplaşmalarına qarşı döyüş adı altında birgə əməliyyatlarının şahidi olur. Son illərdə Amerika hərbçiləri və SDQ qüvvələri birgə əməliyyatlar zamanı İŞİD-in bir sıra ünsürləri və cəbhə komandirlərini həbs etməyə müvəffəq olub; Buna baxmayaraq, bu ərazilərdə terror fəaliyyəti və İŞİD ünsürlərinin hərəkətləri davam edir.

Daha çox oxuyun: Amerika koalisiyası və SDQ qüvvələri Deyr əz-Zorda birgə əməliyyat keçirib

Centcom-un bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir