Azərbaycan İranla hava yollarını bağlayıb?

Şənbə 10 İyun 2023 - 23:04
https://az.iswnews.com/?p=22908

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlər Azərbaycanın İranla öz hava yollarını bağladığına dair xəbərlər təkzib olunsa da, lakin elə həqiqət bundan ibarətdir və mediaların açıqlamamasına baxmayaraq uçuşlar dayandırılıb.

Bu sualın cavabı İranda maddi, ictimai, tibbi və iqtisadi ehtiyaclarını tam şəkildə ödədiyi bir çox Azərbaycan vətəndaşı üçün çox maraqlıdır.

COVID-19 pandemiyası bəhanəsi ilə hələ də quru sərhədləri bağlı saxlayan Əliyev Hakimiyyəti xalqın ehtiyaclarının ödənilməsinə biganə yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada COVID-19 pandemiyasının bitdiyini rəsmən bildirəndən sonra, Əliyev Hakimiyyəti quru sərhədlərini niyə bağlı saxlayır?

Görünür bunun səbəbi xalqa heç vaxt dəyər verməyən Əliyev Hakimiyyətinin çirkin siyasi məqsədidir. Bu siyasi məqsədlərin arxasında isə sözsüz sionist rejimi və Qərb dayanır. Elə Əliyev Hakimiyyətinin qondarma israil ilə sıx əlaqələri Azərbaycan və İran arasındakı bütün əlaqələri pozur.

Son zamanlar Azərbaycana tez-tez səfər edən sionist nümayəndələri İrana qarşı sərt addımların atması ilə nəticələnib. Buna Azərbaycanda şiə dindarların kütləvi şərlənərək həbsi, İran İR-ın səfirlik işçilərinin ölkədən qovulması, bir çox iqtisadi əlaqələrin pozulması, Bakıdakı İran Mədəniyyət Mərkəzinin bağlanılması və s. daxildir.

Qondarma israil rejiminin prezidenti İshaq Hersoqun Azərbaycana səfəri isə yenə də Azərbaycanın İrana qarşı sərt siyasi addımların atması ilə nəticələndi. Bu addımların biri də İranla hava yollarının bağlanmasıdır.

Əliyev Hakimiyyətinin bu barədə rəsmi məlumat verməkdən boyun qaçırmasına baxmayaraq Heydər Əliyev adına beynəlxalq hava limanı və Azərbaycan Turizm Nazirliyi mediada bu qadağa barədə məlumatların əsassız olduğunu bildirib. Amma həqiqət isə başqa şeydən xəbər verir. Azal və Buta Hava Yolları şirkətlərinin saytlarında İrana bilet satışları ləğv olunub.

Bəzi məlumatlara görə isə bu ana qədər satılan biletlər nəzərə alaraq, həmin biletləri alan sərnişinlər İrana gedə biləcəklər. Lakin, əldə etdiyimiz bəzi məlumatlara görə isə bəzi bilet sahiblərinə İrana gedişin ləğv olunduğu və bilet pullarının qaytarılacağı deyilib. Heydər Əliyev adına beynəlxalq hava limanı ilə əlaqə saxladıq, oradan isə İrana təyyarə biletlərinin satışına qadağa qoyulduğunu bildirdilər.

Əliyev Hakimiyyəti bu haqda həqiqəti xalqdan gizlətməyə çalışsa da hava yolları şirkətləri İrana biletlərin satışının dayandırması İranla hava yollarının da bağlanması deməkdir. Hal-hazırda heç kim nə Azərbaycan aviaşirkətlərinin rəsmi saytlarından nə də aviakassalardan İran İR-a təyyarə bileti ala bilmir. Rəsmi mediaya söyləməsələr də sərnişinlərə İrana təyyarə uçuşlarının dayandırıldığı bildirilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir