Hacı Taleh Bağırzadə karserə salınıb

Bazar ertəsi 5 İyun 2023 - 16:09
https://az.iswnews.com/?p=22732

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Müsəlman Birliiyi Hərəkatının sədri ilahiyyatçı Hacı Taleh Bağırzadə karserə salınıb.

Bu barədə onun ailəsi dünən 4 iyun tarixində onun zəng günü olmasına baxmayaraq, onlarla əlaqə saxlamadığını bildirib.

Ötən həftə zəngi zamanı ilahiyyatçı həbsxanada ona maneələrin yaradılması haqqında məlumat vermişdi. Süni münaqişəyə çəkildiyini bildirən Hacı Taleh bu barədə müəssisə rəsmilərinə xəbərdarlıq etdiyini də söyləyib.

Hər həftənin cümə axşamı və bazar günü günlərində ailəsi ilə telefon əlaqəsi saxlayan illahiyyatçı standart 15-dəqiqə zəng çərçivəsindən çıxılmasına icazə belə verilmir. Hətta bütün dustaqların öz ailələri ilə video zənginə məhdudiyyət qoyulmadığı halda, təkcə Taleh Bağırzadə bu hüququndan da məhrumdur.

İlahiyyatçının zəng günü olmasına baxmayaraq, dünən zəng vurmaması özünün də söylədiyi kimi karserdə olma ehtimalını yaradıb.

MBH-nin mətbuat katibliyi 12 saylı müəssisə ilə əlaqə saxlasa da, müəssisədən bildirilib ki, Taleh Bağırzadənin heç bir problemi yoxdur və o, karserdə deyil. Zəng etməməsini isə müəssisə həbsxana telefonlarında problemlərlə əlaqələndirib.

Lakin günortadan sonra həyat yoldaşının 12 saylı müəssisə ilə növbəti zəngində məlum olub ki, müəssisə yalan məlumat verməklə Taleh Bağırzadənin karserdə olma xəbərini qəsdən gizlədib. Ona bildirilib ki, Taleh Bağırzadə karserdədir və zəng vura bilməməsi də bununla bağlıdır. Ailəsi Hacı Talehin hansı səbəbdən karserə salınmasını öyrənmək cəhdi uğursuz olub.

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir