Ceyhun Bayramov: İrandan Azərbaycanın diplomatik missiyasının bərpası ilə bağlı müraciətlər daxil olub

Bazar ertəsi 5 İyun 2023 - 15:06
https://az.iswnews.com/?p=22724

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi APA-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə verdiyi müsahibədə İrandan Azərbaycanın diplomatik missiyasının bərpası ilə bağlı müraciətlər daxil olduğunu açıqlayıb.

Ceyhun Bayramov bu gün 5 iyun tarixində İran və Azərbaycan arasındakı əlaqələr barədə jurnalistlərə verdiyi müsahibədə belə deyib: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə şəxsi zəmində olunan silahlı hücumu, hadisə baş verdikdən sonra Azərbaycan hökuməti və mediaları terror hadisəsi adlandırmışdılar. Bəzi medialar isə bu hücum İran daxili qurumlar vasitəsi ilə sifarişli hücum olduğunu iddia etmişdilər. Bu hücumdan sərhal sonra Azərbaycan hökuməti tələsik olaraq öz əlaqələrini İran İslam Respublikasında kəsməyə, azaltmağa və soyuqlaşdırmağa başladı. Məsələyə geniş müşahidə olunarsa, Azərbyacan hökuməti gərək bu hadisə barədə istintaqların nəticələrini gözləyərdi. Lakin bir bəhanə axtarırmış kimi başladı əlaqələri soyuqlaşdırmağa.

İran İslam Respublikasının qonşuları ilə əlaqəsinə nəzər saldıqda çox səbirli, mətanətli və diplomatik davrandığını görmək olar. Lakin eyni zamanda onun milli təhlükəsizliyinə zərər verəcək hadisə və ya fəaliyyətlər barədə əsla güzəşt etmədiyi də göz qabağındadır. İraqın Ərbil vilayətindəki terrorçuların yuvalarına olunan artilleriya və raket hücumları buna bariz nümunədir.

Daha çox oxuyun:
İran İslam Respublikasındakı səfirliyimizə silahlı hücum olunub + FOTO və VİDEO
İranın Xarici İşlər Nazirliyi: “Baş verən hadisəni kəskin şəkildə pisləyirik”.
Əliyevin Avropaya səfərinin təfərrüatları + FOTO və VİDEO
İranın Xarici İşlər Nazirliyi Əliyevin iddialarına reaksiya verdi + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir