Azərbaycan öz qonşusunu səyahət üçün vətəndaşlarına məsləhət görmədi

Şənbə 3 İyun 2023 - 22:40
https://az.iswnews.com/?p=22682

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuata şərh yayımlayaraq öz vətəndaşlarını İran İslam Respublikasına səyahət etməkdən çəkindirib.

Bu gün 3 iyun tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuata şərh yayımlayaraq öz vətəndaşlarını İran İslam Respublikasına səyahət etməkdən çəkindirib. Buna səbəb isə bir neçə ay bundan öncə Tehrandakı Azərbaycan səfirliyinə hücumu terror adlandıraraq sitat gətirib və İranın təhlükəli bir ərazi olduğunu mətbuata aşılayıb.

Məlum olduğu kimi dünya zalım sionist rejimin çirkin siyasətlərindən əziyyət çəkir. Bir neçə gün bundan öncə sionist rejim başçısının Azərbaycana səfəri baş tutmuşdur. Bu cür səfərlərin tarixçəsinə nəzər saldıqda müşahidə etmək olar ki, hər dəfə sionist rejim rəsmilərinin Azərbaycana rəsmi səfəri baş tutduqda ya İran əleyhinə və ya ölkə daxilindəki şiələrlə bağlı Azərbaycan Respublikası hökuməti bəzi çirkin planları icra edir.

Ötən cümə axşamı günü hökumət İran İslam Respublikasının Bakıdakı səfirliyinə bağlı Mədəniyyət Mərkəzini bağlayıb. Hökumətə bağlı medialar da bunu sevinərək “Azərbaycan İran rəsmilərini qovdu” başlığı məzmunu ilə tez tirajladı. Bu gün Xarici İşlər Nazirliyinin yayımladığı şərhidə bu planların bir pazeli kimi görmək olar. Sionist rejimin və həmçinin təkfirçilərin Azərbaycanda olmaları ilə bağlı İran İslam Respublikasının rəsmiləri, hətta İran İslam İnqilabının Ali Dini Lideri İmam Xamenei belə Azərbaycan hökumətinə xəbərdarlıq etmişdir.

Real olan Azərbaycan hökumətinin bu cür xəbərdarlıqlara əsla məhəl qoymamasıdır. Xəbərin mətnini bu atalar misalı ilə bitirmək düzgün olardı: “Dostuna quyu qazan, özü düşər”.

Daha çox oxuyun: İran; Hersoqla Əliyevin Bakıdakı danışıqlarının əsas diqqət mərkəzindədir + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir