ABŞ dövlət katibinin müavini: Biz İraqın gələcəyinin bir parçası olmaq istəyirik!

Şənbə 3 İyun 2023 - 16:39
https://az.iswnews.com/?p=22663

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ dövlət katibinin müavini terrorizmlə mübarizə və təhlükəsizliklə bağlı Vaşinqton və Bağdad arasındakı münasibətlərə toxunaraq, tərəflər arasında mövcud əməkdaşlığın bir neçə sahəni əhatə etdiyini bildirib.

ABŞ dövlət katibinin Qərbi Asiya məsələləri üzrə müavini Barbara Leaf Əl-Hürrə kanalına müsahibəsində deyib: “Vaşinqton-Bağdad münasibətləri təkcə terrorizmlə mübarizə və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır və bir çox sahələri əhatə edir”.

O deyib: “İki ölkə təhsil, mədəniyyət, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və su kimi digər sahələrdə də əlaqələri gücləndirir”.

ABŞ-İraq əlaqələrinin təhlükəsizlik, sabitlik və suverenliyin təmin edilməsi istiqamətində səylərdə böyük irəliləyiş əldə etdiyini vurğulayan Barbara Leaf, bildirib: “Hər iki tərəfin prioritetlərə dair fikirlərinin son iyirmi ildə heç vaxt olmadığı qədər bir-birinə daha yaxın və uyğundur. Gördüyümüz çətinliklər var. Cəmiyyətə və kənd təsərrüfatı sektoruna iqlim dəyişikliyi, səhralaşma, su çatışmazlığı və s. məsələlər təsir edir”.

ABŞ dövlət katibinin müavini bəyan edib: “Biz bilirik ki, İraq enerji və insan resursları ilə zəngin ölkə olduğu üçün qarşımızda böyük imkanlar var. Biz İraqın gələcəyinin bir parçası olmaq istəyirik və İraq gənclərinin də istədiyi budur”.

Barbara Leafın Əl-Hürrə kanalına müsahibəsi ABŞ-ın İraqdakı səfiri Alina Romanovskinin Sky News ilə danışmasından qısa müddət sonra baş tutub. Romanovski müsahibəsinin bir hissəsində Amerika şirkətlərinin İraqda, xüsusən də Bağdadda tikinti sahəsində fəal olduğunu və planının Bağdada daha çox şirkət cəlb etmək olduğunu bildirmişdir. O, əlavə etmişdir: “İraqda qurulan təhlükəsizlik və sabitlik sayəsində bu ölkəyə daha çox investor gəlir”.

Daha çox oxuyun: Vaşinqtonun Bağdaddakı səfiri: Amerika regionu tərk etməyəcək!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir