Məqalə: Qərbin tələbi ilə Paşinyanla Əliyev arasında Qafqazdan rusların çıxarılmasına dair razılaşmanın üzə çıxması

Ehsan Müvəhhidian
Yazar:Ehsan Müvəhhidian
Cümə 2 İyun 2023 - 15:32
https://az.iswnews.com/?p=22634

Ötən cümə axşamı (25 may) Putinin önündə Paşinyan və Əliyevin davranışları Rusiya vasitəçiliyinin məğlub edilməsi və Qafqazdakı sülh danışıqlarının mərkəzini Avropa İttifaqına və Qərbin nəzarətinə qəti şəkildə ötürülməsi üçün bir növ iş bölgüsü idi. Bu görüşün uğursuzluğundan sonra Bakının Fransadakı səfiri Moldovada iki ölkə arasında sülh sazişinin imzalanmasının mümkünlüyünü açıqladı. Tərəflər Rusiya prezidentinin qarşısında şifahi mübahisə edərək vəziyyəti elə gərginləşdirdilər ki, ruslarla üçtərəfli görüş cəmi 20 dəqiqə çəkdi və heç bir xüsusi anlaşma əldə olunmadı.

Bu halda İranın xarici siyasət aparatı tərəfindən diqqətlə nəzərdən keçirilməli olan aşağıdakı məqamları qeyd etmək lazımdır:

1- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması (və ya bu təşkilata üzvlüyünün dayandırılması) prosesi çərçivəsində Ermənistanın müdafiə naziri ona üzv olan ölkələrin müdafiə nazirlərinin görüşünə getməyib. Bu iştirak etməmək, olduqca əhəmiyyətlidir.

2- Daha əvvəl açıqlanan xəbərlərə görə, Putin, Paşinyan və Əliyevin üçtərəfli görüşü nəticəsində iki yeni üçtərəfli bəyanatın təsdiqlənməsi nəzərdə tutulsa da, bu baş verməyib. Onlar yalnız üç ölkənin baş nazir müavinlərinin əhəmiyyətsiz görüşü ilə bağlı razılığa gəliblər və “lazım gələrsə, bu tip görüşlərin davam edəcəyi” bildirilib.

3- Bu şifahi münaqişə nəticəsində Qarabağın və ya Artsaxın Bakıya məxsusluğunun qanuniləşdirilməsi bir daha vurğulandı.

4- Tərəflər üçtərəfli görüşün uğursuzluğu üçün lazımi emosional zəmin yaratdı, Bakıda və İrəvanda ictimai rəyi özləri ilə birgə etməyə çalışdılar.

5- Bu yaxınlarda məlum oldu ki, 2022-ci ilin oktyabrında Paşinyan tərəfindən Praqa danışıqları zamanı Artsax Əliyevin ərazisi hesab edilib və bundan sonra Laçın dəhlizi praktiki olaraq Bakıya təqdim edilib. Dünən gecə (25 may) Putini Paşinyan açıq şəkildə ittiham etdi və dedi ki, dəhlizə indi Rusiyanın sülhməramlı qüvvələri tərəfindən nəzarət edilməməsi Rusiyanın günahıdır. Media qarşısında Rusiyanın qeyri legitimləşdirilməsi Ermənistanın son aylar bu ölkəyə qarşı incikliyinə görədir. Beləliklə Putinin üzərinə Cənubi Qafqazda Rusiyanın təsirini saxlamaqda çox çətin vəzifələr düşür. Rusiyanın Qafqazdakı bu qeyri-yaradıcı rolu ilə bu ölkənin yenidən NATO və Qərb qarşısında imkanları əldən verəcəyini gözləmək lazımdır.

6- Əliyevlə şifahi mübahisədən sonra Nikol Paşinyan “Rusiyanın saxta Zəngəzur dəhlizini dəstəklədiyini” iddia etdi. Bundan dərhal sonra Paşinyan tərəfdarları sosial şəbəkələrdə bu məsələ ilə bağlı geniş müzakirələr başlatdı. Onlar açıq şəkildə yazdılar: ““Zəngəzur dəhlizi” Putinin layihəsidir, lakin bu dəhlizlə üzləşmək Paşinyan üçün qırmızı xəttdir”. Bu addım həm də ermənilər və iranlılar arasında Putinin imicini aradan aparmaq məqsədi ilə edildi. Bir halda ki, Rusiyanın Ərdoğanla mübadilə yolu ilə Qara dənizə çıxışı asan olduğu üçün Rusiyanın bu çətin quru yoluna ehtiyacı yoxdur. Zərurət yaranarsa və vəziyyət pisləşərsə, Rusiya buna diqqət yetirəcək. Ona görə də bu iddiadan məqsəd, Paşinyanın imicini öz ölkəsinin ictimai rəyi arasında bərpa etmək və Rusiyanın Cənubi Qafqazdakı təsirinə növbəti zərbə vurmaq idi.

Paşinyanın bu mövqeyi Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Zəngəzuru türklərin əzəli yurdu kimi xarakterizə etdiyi və türk şəhidlərinin qanının yerə töküldüyü bu ərazidə türk yolunun yaradılmasından danışdığı bir şəraitdə baş verdi, lakin Paşinyanın hökumət nümayəndələri Ermənistana qarşı belə açıq-aşkar ərazi iddiaları ilə çıxış edən Türkiyənin düşmən mövqeləri barədə bir kəlmə də danışmadı.

Ona görə də güman etmək olar ki, Ermənistan hakimiyyəti öz geosiyasi və geostrateji seçimlərini “Türkiyə ilə strateji tərəfdaşlıq” istiqamətində edib.

Nəticə
İctimai rəyin təzyiqi ilə üzləşən Paşinyan üçtərəfli görüşdə Əliyevlə qarşıdurma yaratmaq qabiliyyətinə malik olduğunu göstərməyə çalışdı və Rusiya tərəfini sərt reaksiyaya təhrik etməklə bundan istifadə edərək yeni anti-Rusiya ab-havası yaratdı.

Rusiya Cənubi Qafqazda uduzan tərəfə çevrilir. Rusların çaşqın, kobud və təkəbbürlü davranışları İranı da bu regionda çətin vəziyyətə düşməyə və Türkiyə, sionistlər və NATO-nun gündən-günə Qafqazda daha çox güclə Rusiyanı uzaqlaşdırmaq planı üzərində işləməyə səbəb olur.

Bu vəziyyətdə İran Qafqazda öz maraqlarını həyata keçirməli və Rusiyanı bu regionda apardığı ağılsız siyasətinin nəticələrindən xəbərdar etməlidir. Əvvəllər bizim şəhid Sərdar Süleymani kimi strateqlərimiz var idi ki, Rusiyanı Suriyada iştirak etməyə inandırmaqla Türkiyə və NATO-nu geri çəkilməyə məcbur etdi. Amma Qafqazda işi bitirməli olan finişçi hələ ortaya çıxmayıb. İranın bu sahəyə qəfləti və etinasızlığı hər an ölkəni Qafqazda geosiyasi boğulmalara yaxınlaşdırır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir