Rusiya Hərbi Hava Qüvvələri Təhrir Əş-Şam terrorçularının İdlibdəki qərargahına hücum edib + VİDEO

Cümə 2 İyun 2023 - 11:51
https://az.iswnews.com/?p=22628

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son bir həftədə ikinci dəfədir ki, Təhrir Əş-Şam terrorçularının Suriyanın İdlib əyalətindəki mövqeləri Rusiya Hərbi Aviasiyası tərəfindən hədəfə alınır.

Mayın 30-da Rusiya ordusunun aviasiyası İdlib əyalətinin Ariha şəhəri ətrafında yerləşən Bezabur məntəqəsində yerləşən Təhrir Əş-Şam terrorçularının qərargahını hədəfə alıb.

Bu, Rusiya ordusunun son bir həftə ərzində İdlib əyalətində Təhrir ƏŞ-Şam terrorçularına qarşı ikinci hücumudur. Qeyd edək ki, mayın 26-da Rusiya qırıcıları İdlibin Flifel və Sufohen məntəqələrində Təhrir Əş-Şam terrorçularının mövqelərini hədəfə almışdır.

Rusiya Aviasiyasının hücumundan
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir