Rusiya Müdafiə Nazirliyi: Biz Ukraynanın son döyüş gəmisini məhv etdik

Cümə 2 İyun 2023 - 11:37
https://az.iswnews.com/?p=22625

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynaya qarşı keçirdiyi son əməliyyat nəticəsində Ukrayna ordusunun Yuri Olefirenko adlı sonuncu döyüş gəmisi bu ölkənin cənubunda Odessa limanının sahillərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, 2023-cü il mayın 29-da Odessada Ukrayna ordusunun döyüş gəmiləri yerləşən yerə qarşı keçirilən əməliyyat nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin sonuncu döyüş gəmisi olan Yuri Olefirenko məhv edilib.

Daha çox oxuyun: Rusiya ordusunun Ukraynaya kütləvi hücumu; Ukrayna ordusu 67 raket və dronu məhv etdiyini iddia etdi! + VİDEO və FOTO

Yuri Olfirenko yüngül freqatı 1990-cı illərin sonunda Sovet İttifaqı ordusu tərəfindən istehsal edilib və bu ölkənin dağılmasından sonra Ukrayna ordusu tərəfindən ələ keçirilib.
Rusiya mənbələrinin məlumatına görə, bu freqat müharibənin əvvəlində Dnepr-Baq körfəzində işləyirdi və onun üzərində “Qrad” reaktiv yaylım atəşi sistemləri quraşdırılıbmış. Amma rusların Xerson bölgəsində irəliləməsindən sonra Yujney limanının sahillərinə, oradan da Odessaya gedib. Bu freqat bu ərazilərdə Rusiya gəmilərinə qarşı fəaliyyət göstərib və taxıl müqaviləsinin pozulmasına səbəb olurmuş.

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusu Ukrayna ordusunun dəniz əlaqəsini kəsmək üçün dəfələrlə Ukrayna donanmasının freqatlarına və hərbi texnikasına hücum edib. Buna 15 aylıq döyüşlərdən sonra nail olundu və sonuncu Ukrayna freqatı Rusiyanın raket hücumu nəticəsində məhv edildi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir