“Taliban İran əsgərinə atəş açdı” videosunun həqiqəti nədir? + VİDEO və FOTO

Cümə axşamı 1 İyun 2023 - 17:40
https://az.iswnews.com/?p=22603

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu yaxınlarda mediada “Talibanın iranlı əsgərə atəş açması” ilə əlaqədar yayımlanan videonun İran və Əfqanıstan arasındakı sərhəd münaqişələri ilə heç bir əlaqəsi yoxdur və əslində Pakistanın Bəlucistan əyalətində daxili münaqişələrə aiddir.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, Pakistanın Bəlucistan əyalətinin separatçı ünsürlərinin (BRAS qruplaşmasının üzvləri) yaralı Pakistan ordusu qüvvələrini atəşə tutduğu bu video 2019-cu ildə yayımlanıb və onun İran və Əfqanıstan sərhədləri ilə heç bir əlaqəsi yoxdur. Bu videonun orijinal versiyasının sonunda Bəluc dilində bir nəğmə və Pakistanın Bəlucistan əyalətinin separatçı ünsürlərinin Pakistan ordusundan əldə etdikləri qənimətlərlə birlikdə görüntüləri göstərilir.

Əslində, bu video Pakistanın Bəlucistan əyalətinin dörd separatçı qrupundan, o cümlədən BLA (Baluc Azadlıq Ordusu), BLF (Baluc Azadlıq Cəbhəsi), BRG (Baloch Respublikası Mühafizəsi) və BRA (Baloch Respublikası Ordusu) ibarət “BRAS” kimi tanınan qrupun media qolu tərəfindən yayımlanıb.

Qeyd edək ki, bundan əvvəl İranın rəsmi yerli xəbər agentlikləri bu video ilə Zabolun şərqində İran və Taliban arasında baş verən sərhəd toqquşmaları arasında əlaqənin olmamasından danışsalar da, təfərrüatlar aydın deyildi və sözügedən videodan İran əleyhinə sui-istifadə edilib və edilir. İran-Əfqanıstan sərhədindəki hadisələrdə və İranın bölgədəki xarici siyasətində bu cür media şayiələri göstərir ki, İran Taliban və bu kimilərin çağırışları ilə üz-üzə deyil, Qərbin və İsrailin nəhəng media trolları İrana bir çox cəhətdən hücum edir və həmişə ictimai rəyə psixoloji və media baxımından ağır zərbələr vurur.

Daha çox oxuyun:
Zabolun şərqində İran və Taliban arasında sərhəd münaqişəsi baş verib + VİDEO
Talibanla qarşıdurmada iranlı əsgər şəhid olub + FOTO

Videoda göstərilən BRAS separatçı qrupun logosu
Orijinal videoda, sonunda Bəluc nəğməsi və Pakistan ordusundan götürülmüş qənimətlərin görüntüləri nümayiş etdirilir.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir