İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsindəki terrorçu qruplara qarşı yeni hücumları yaxındırmı? + VİDEO

Cümə axşamı 1 İyun 2023 - 14:10
https://az.iswnews.com/?p=22592

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran silahlı qüvvələrinin fəaliyyətləri və İranın qərb sərhədlərinə silah göndərməsi İraqın Kürdüstan bölgəsində yerləşən anti-İran terror qruplaşmalarına qarşı yeni hücumların həyata keçiriləcəyinin yaxın olduğunu göstərir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpurun İraqda yerləşən terror qruplaşmaları ilə bağlı İraq rəsmilərinə etdiyi son xəbərdarlıqlardan sonra SEPAH-ın İranın qərb sərhədlərində fəaliyyətləri artıb.

Qeyd edək ki, mayın 27-də İraqın milli təhlükəsizlik müşaviri Əl-Əərəci İraq Kürdüstanının Süleymaniyyə şəhərində sərhəd təhlükəsizliyi ilə bağlı İran və İraq arasında təhlükəsizlik memorandumunun icrası ilə bağlı tədbirləri nəzərdən keçirmək üçün təhlükəsizlik heyətinə rəhbərlik edərək oraya getmişdir. İki gün sonra Tehrana səfəri zamanı o, İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Əli Əkbər Əhmədianla görüşüb və söhbət etmişdir. Əl-Əərəci Əhmədianla görüşündə İraqın İranla imzalanmış müqaviləyə sadiqliyini vurğulayaraq, İraqın təhlükəsizliyini İranın təhlükəsizliyi, İranın təhlükəsizliyini isə İraqın təhlükəsizliyi hesab etdiyini bəyan etmişdir.

Buna baxmayaraq, görünən odur ki, İranın İraqla bağlı təyin etdiyi müddəti bitmək üzrədir və bu məsələ Əhmədianla Əl-Əərəcinin son görüşündə vurğulanıb.

Sosial şəbəkələrdə yayılan video və şəkillərdə İran silahlı qüvvələrinin ölkənin qərbinə artilleriya silahlarının ötürülməsi göstərilir və bu, İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qruplaşmalara qarşı gözlənilən mümkün əməliyyatından xəbər verir.

Əsas separatçılar arasında İran Kürdüstan Demokratik Partiyası (Hədka), Kürdüstanın Həyat Azad Partiyası (Pejak), İran Kommunist Partiyası Kürdüstan Təşkilatı (Kumala) və Kürdüstan Azadlıq Partiyasının (PAK) terror qrupları var və İraqın Kürdüstan bölgəsinin şərq sərhədlərində cəmləşmiş terrorçu qruplar İranın milli təhlükəsizliyinə zərbə endirmək üçün çalışırlar.

Daha çox oxuyun: İranın İraqa xəbərdarlığı: İraqın Kürdüstan bölgəsindən terror qruplaşmalarını yığışdırın! + Terror qruplaşmalarının Kürdüstan bölgəsindəki xəritəsi

Xatırladaq ki, İran silahlı qüvvələri 2022-ci il noyabrın 14-də İraqın Kürdüstan bölgəsində Süleymaniyyənin cənubundakı Koisanjaq ətrafı və Sidkan yüksəkliklərində terrorçu qrupların mövqelərini raket və dron larla hədəfə almışdır. Hücum nəticəsində İran Kürdüstanı Demokrat Partiyası terror qruplaşmasının iki üzvü öldürülmüş, 10 nəfər yaralanmışdır.

Bu hadisələrdən sonra İran və İraq arasında terrorçu qrupların İraqın Kürdüstan bölgəsi sərhədlərindən çıxarılması ilə bağlı razılaşma yaranıb və İraq əməkdaşlıq edəcəyinə söz verib. O vaxtdan bəri İraq hökuməti verdiyi vədləri yerinə yetirmək üçün addımlar atsa da, bu addımların prosesi çox ləng və qeyri-kafi görünür. Ona görə də bu proses davam edərsə, İranın İraqın Kürdüstan bölgəsinin sərhədlərini terrorçu qruplaşmalardan təmizləmək üçün yenidən müstəqil hərəkətə keçməsi ehtimalı var.

Daha çox oxuyun: SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO

Silah və sursatların İranın qərb sərhədlərinə köçürülməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir