Şübhəli bir hadisə zamanı; İtaliyada yüksək rütbəli Mossad zabiti öldürüldü!

Cümə axşamı 1 İyun 2023 - 13:20
https://az.iswnews.com/?p=22589

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İtaliyanın Maggiore gölündə yaxtada baş verən şübhəli hadisə nəticəsində Mossad casus agentliyinin təqaüdçü və təcrübəli zabiti və iki İtalyan kəşfiyyatçısı həlak olub.

İtaliya və sionist mediası mayın 28-də İtaliyanın Maggiore gölündə yaxtanın naməlum səbəblərdən aşdığını və hadisə zamanı bir Mossad-ın yüksək rütbəli zabiti və iki italyan kəşfiyyatçısının həlak olduğunu bildirib. Təhqiqatdan sonra italiyalı müstəntiqlər bildirdilər ki, görünür, havanın qəfil dəyişməsi qəzaya səbəb olub və hadisənin baş verməsində hər hansı insan iştirakı olmayıb.

İbrani KİV-lərinin məlumatına görə, bu yaxtanın digər 10 üzvü sionist rejimin casusları olub və onlar İsrailin hərbi təyyarəsi tərəfindən xilas edilib tez bir zamanda işğal olunmuş ərazilərə köçürülüblər. Bu hadisədən sağ çıxan 20 nəfərdən 18-i Mossadın və ya İtaliya təhlükəsizlik xidmətinin indiki və keçmiş casusları və ya təhlükəsizlik agentləridir.

İtaliyanın “La Stampa” qəzeti bu görüşün iki ölkənin agentləri arasında məlumat mübadiləsi məqsədi daşıdığını və hadisədən sağ çıxan İsrail agentlərinin məkanı o qədər tez tərk etdiklərini yazıb ki, hətta İtaliyada səfərləri üçün istifadə etdikləri kirayə götürdükləri avtomobilləri belə həmin yerdə tərk ediblər.

Bəzi yerli medialar agentlərin gəmidəki kiminsə ad günü partisi üçün olduğunu iddia etsə də, lakin The Times of Israel qəzeti ad günü partisinin onları bir araya gətirən görüş üçün sadəcə bir örtük olduğunu ortaya qoydu.

Sionist rejimin Xarici İşlər Nazirliyi bu hadisədən sonra öldürülən zabitin təqaüddə olan Mossad zabiti olduğunu açıqlayıb. Həmçinin İsrail mənbələri 50 yaşlı keçmiş Mossad agentinin kimliyini açıqlayıb və onun adının “Arez Şimoni” olduğunu açıqlayıb. İtaliya Təhlükəsizlik Xidməti həmçinin iki italiyalı agentin, 62 yaşlı kişi və 53 yaşlı qadının vəzifə yerinə yetirərkən öldürüldüyünü bildirib.

Mossad kəşfiyyatının bu yüksək rütbəli zabitinin İranın Sərdar Səyyad Xodainin şəhadətinin birinci ildönümü ərəfəsində öldürülməsi müəmmalı bir hadisədir və sionist rejimin kəşfiyyat şəbəkəsi üçün yaxşı əlamət deyil. İndiki dövrdə baş verən hadisə və bu görkəmli Mossad zabitinin öldürülməsi bir çox suallar doğurub. Əgər bu hadisədə insan faktorlarının əli olması ilə bağlı fərziyyə doğrudursa, belə qənaətə gəlmək olar ki, Mossad-ın zəifliyi təkcə İran, İraq, Türkiyə və regionun digər ölkələri ilə məhdudlaşmayıb və son vaxtlar Mossad İtaliya daxil olmaqla dünyanın müxtəlif bölgələrində mühüm zərbələr alıb!

Daha çox oxuyun: SEPAH-ın Qüds qolunun üzvü Tehranda şəhid edilib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir