Əş-Şəbab Əl-Mücahidin Uqanda qüvvələrinin bazasına ağır hücum edib + FOTO

Çərşənbə axşamı 30 May 2023 - 21:45
https://az.iswnews.com/?p=22546

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əş-Şəbab Əl-Mücahidin terror qruplaşması Aşağı Şabili əyalətindəki Bolumarir şəhərinin ətrafında yerləşən “Atmis” bazasına bu qruplaşmanın ünsürlərinin hücumu nəticəsində 200-dən çox Uqanda əsgərinin öldürüldüyünü iddia edib.

Əş-Şəbab Əl-Mücahidin qruplaşmasının hərbi komandanlığı cümə günü, mayın 26-da verdiyi bəyanatda, bu qruplaşmanın ünsürlərinin Aşağı Şabili əyalətinin Bolumarir şəhəri ətrafında Uqanda qüvvələrinin “Atmis” bazasına hücum etdiyini açıqlayıb. Bu qruplaşmanın iddiasına görə, bu hücum elə həmin günün səhəri həyata keçirilib və 200-dən çox Uqanda qüvvələrinin ölümünə səbəb olub. Həmçinin, Əş-Şəbab Əl-Mücahidin ünsürləri Uqanda qüvvələrinə məxsus bir neçə tank və hərbi maşınları məhv edib və bu bazadan xeyli miqdarda sursat qənimət götürüb. Əş-Şəbab Əl-Mücahidin ünsürləri bir sıra Uqanda qüvvələrini də əsir götürüb.

Qeyd edək ki, 2007-ci ildə Somalidə qarşıdurmaların şiddətlənməsindən sonra Afrika İttifaqı altı ölkədən seçilmiş qüvvələrdən ibarət, o cümlədən Efiopiya, Cibuti, Uqanda, Keniya, Burundi və Syerra-Leoneni ölkələrindən Afrika İttifaqının Somalidəki Missionerləri (AMISOM) kimi tanınan qrup yaratdı və Somaliyə göndərdi. Bu qüvvələr hələ də Somalidə mövcuddur və Əş-Şəbab Əl-Mücahidin qruplaşmasına qarşı mübarizədə Somali hökumət qüvvələrinə kömək edir. Afrika İttifaqı ilə Avropa İttifaqı arasında AMISOM-un Somalidə fəaliyyət göstərməsi ilə bağlı fikir ayrılıqları səbəbindən Avropa İttifaqı AMISOM-a dəstəyini azaldıb. 2021-ci ildə Somalidəki Afrika Birliyinin Keçid Missionerləri (ATMIS) adlı başqa bir təşkilatın tədricən Somalidəki AMISOM-u əvəz etməsi qərara alındı.

Qeyd edək ki, Uqanda qüvvələri əvvəllər Afrika İttifaqının Somalidə Keçid Missionerləri (AMISOM) kimi, hazırda isə 6700 nəfəri olan Afrika İttifaqının Somalidəki Keçid Missionerləri (ATMIS) formasında Somalinin cənubunda Moqadişu və Aşağı Şabili şəhərlərində və Hind okeanının sahillərində mövcuddur.

Daha çox oxuyun: Əl-Şəbab Əl-Mücahidin ABŞ tərəfindən təlim keçmiş xüsusi təyinatlılara ağır hücum edib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir