İmam Xamenei Oman sultanı Heysəm bin Tariqi qəbul edib + FOTO

Bazar ertəsi 29 May 2023 - 23:53
https://az.iswnews.com/?p=22516

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Maidə-yə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Oman sultanı Heysəm bin Tariqi qəbul edib.

Bu gün 29 may tarixində keçirilən görüşdə Ali Rəhbər İran və Oman arasındakı əlaqələri çoxillik və köklü adlandırıb və bildirib: “Biz iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğuna inanırıq”.

İmam Xamenei İran və Oman tərəfləri arasında aparılan danışıqlara toxunaraq qeyd edib: “Vacib olan odur ki, bu danışıqlar nəzərəçarpacaq nəticələrə çatana qədər ciddi şəkildə izlənilməli və sonda əlaqələr genişləndirilməlidir”.

Ali Rəhbər həmçinin sionist rejimin bölgədə mövcudluğunun təhlükəsinə toxunaraq əlavə edib: “Sionist rejim və onun havadarlarının siyasəti regionda ixtilaf yaratmaq və sülhün olmamasıdır, ona görə də bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir”.

Ali Rəhbər qeyd edib: “Oman və İran arasında əməkdaşlığın artırılması əhəmiyyət kəsb edir; çünki iki ölkə Hörmüz boğazının çox mühüm su yolunu paylaşır”.

İmam Xamenei Oman sultanının Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyilə bağlı açıqlamasına toxunaraq vurğulayıb: “Biz bu mövqeyi alqışlayırıq və bu baxımdan, heç bir problemimiz yoxdur”.

İmam Xamenei Oman sultanının İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasından məmnun olması ilə bağlı açıqlamasına münasibətində bildirib: “Bu məsələlər prezident Rəisi hökumətinin qonşular və region ölkələri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yaxşı siyasətin nəticəsidir”.

Ali Rəhbər müsəlman hökumətlər arasında əlaqələrin genişlənməsi ilə bağlı deyib: “İslam ümmətinin yenidən öz şöhrətini qazanacağına və İslam ölkələrinin imkanlarının bütün İslam xalqları, ölkələri və dövlətləri üçün faydalı olacağına ümid edirik”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir