İnfoqrafik: İraq Müqavimət Dəstələri
2020-ci il yanvarın 3-də Hacı Qasim Süleymani va Əbu Məhdi Əl-Muhəndisin ABŞ tərəfindan terrorundan sonra ABŞ-ın İraqdakı işğalı ilə mübarizə aparmaq üçün 18 yeni İraq müqavimət dəstəsi yaranıb.
2020-ci il yanvarın 3-ü səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı Hacı Qasım Süleymani və Həşd Şəbi sədr müavini Əbu Məhdi Əl-Muhəndis və onlarla birgə olan digər 8 nəfər ABŞ rejiminin Bağdad hava limanı yaxınlığına hava hücumu nəticəsində şəhid edilmişdilər. Bu hadisədən sonra müqavimət dəstələri və bölgənin tanınmış simaları şəhidlər Hacı Qasım Süleymani və Əbu Məhdi Əl-Muhəndisin terrorla mübarizədə və regionda təhlükəsizliyin artırılmasında göstərdikləri fəaliyyətləri vurğulayaraq və təqdir etməklə yanaşı, ABŞ-a bu cinayətlə əlaqəli layiqli cavab alacaqlarını vəd ediblər.
İraq xalqı və dəsətələri də son illərdə ABŞ-ın öz həmvətənlərinin məzlum şəhadətini və ölkələrinin qanunları və suverenliklərini dəfələrlə pozmasını nəzərə alaraq, Amerikanın İraqdan çıxarılmasını və bu terror hadisəsi şəhidlərinin qanının qisasının alınmasını istəyiblər.
Ona görə də bu cinayətdən az sonra İraqın yeni müqavimət dəstələri bu ölkədə mövcud olduqlarını elan etdilər. Bu dəstələr bəyan ediblər ki, onların əsas məqsədi İraqın bütün bölgələrində ABŞ-a və onun maraqlarına qarşı onları ölkədən tamamilə çıxarılana qədər daha ciddi hərbi qarşıdurma təşkil edəcəklər.
İndiyədək ABS-ın İraqdakı işğalı ila mübarizə aparmaq üçün 18 yeni İraq müqavimət dəstəsi yaranıb. Bu müqavimət dəstələri aşağıdakılardan ibarətdir:
1- Qasim Əl-Cəbbarin Dəstəsi
2- Əshabul-Kəhf Dəstəsi
3- Sərayə Əvliya Əd-Dəm Dəstəsi
4- Fəsil Əl-Muqavəmə Əd-Duvəliyyə Dəstəsi
5- Sərayə Səvrət Əl-İşrin Əl-Saniyə Dəstəsi
6- Usbətus-Sairin Dəstəsi
7- Ulul-Əzm Dəstəsi
8- Kətibətus-Sabiqun Dəstəsi
9- Livaul-Xeybər Dəstəsi
10- Sarul-Muhəndis Dəstəsi
11- Quvvat Zulfuqar Dəstəsi
12- Əbəlfəzl Əl-Əbbas Dəstəsi
13- Sərayə Əl-Muntəqim Dəstəsi
14- Əş-Şəhid Kərim Dər-əm Dəstəsi
15- Liva Muntəqimun Dəstəsi
16- Livaus-Sairin Dəstəsi
17- Sərayə Əbabil Dəstəsi
18- Təşkilul Varisin Dəstəsi
2020-ci ildə İraq müqavimət dəstələri birbaşa va ya dolayısı ilə İraq torpaqlarında ABŞ və ABŞ maraqlarına qarşı 261 hücum həyata keçirib. Bu hücumların əksəriyyati Amerika lojistika karvanlarına qarşı yol kənarına yerləşdirilən bombalar vasitəsi ilə həyata keçirilib.
Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus dillərində “İraq Müqavimət Dəstələri”nin infoqrafik toplusu:
Rəy