İsrail aviasiyası Suriyanın paytaxtına hava zərbələri endirib + FOTO

Bazar ertəsi 29 May 2023 - 21:53
https://az.iswnews.com/?p=22468

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, bazar günü saat 23:24 (yerli vaxtla) radələrində sionist düşmən işğal altındakı Colandan bir neçə raketlə Dəməşq ətrafında yerləşən hədəflərə hücum edib və hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub. Bu hücum maddi ziyanla nəticələnib.

Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Dəməşqin şimalında yerləşən Hafir Əl-Fuqa bölgəsindəki mövqelərinin İsrail qırıcıları tərəfindən hədəf alındığı bildirilir.

Bu, sionist rejimin Fələstin müqavimət dəstələri (Azadələrin İntiqamı) ilə beş günlük döyüşdən sonra Suriyaya ilk hücumudur. Görünür, İsrail ordusunun Fələstin müqaviməti ilə yeni döyüşə başlamayacağına dair zəmanətindən sonra bu rejim əsas diqqətini Suriyaya yönəldib. Ona görə də çox güman ki, yaxın günlərdə İsrail ordusunun müxtəlif bəhanələrlə Suriyadakı hədəflərə hücumları, o cümlədən raket dizayn və istehsal mərkəzlərinə, pilotsuz təyyarə bazalarına və s. yerlərə hücumları artacaq.

Qeyd edək ki, mayın 2-də sionist rejim qırıcıları Hələb vilayətindəki hədəflərə bir neçə raket zərbəsi endirmiş, nəticədə bir suriyalı əsgər şəhid olmuş, yeddisi isə yaralanmışdır.

Daha çox oxuyun: İsrailin Hələbə hava hücumu nəticəsində bir suriyalı əsgər şəhid olub + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir