Somalinin Əş-Şəbab Əl-Mücahidin terror qruplaşmasının lideri kamera qarşısına çıxdı + FOTO

Bazar ertəsi 29 May 2023 - 21:40
https://az.iswnews.com/?p=22463

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Somalinin Əş-Şəbab Əl-Mücahidin terror qruplaşmasının media qolu olan Əl-Kətaib İnstitutu ilk dəfə olaraq bu qruplaşmanın lideri Əbu Übeydə Əhməd Ömərin bulanıq görüntüsünü yayımlayıb.

Əş-Şəbab Əl-Mücahidin lideri Əbu Übeydə Şərqi Afrikada cihad məsələləri ilə bağlı məşvərət toplantısının ikinci iclasında iştirak edib və bir saata yaxın iştirakçılar qarşısında çıxış edib. Əhməd Ömər çıxışında Somali hökuməti və müttəfiqlərinin İslam vilayətlərinə qarşı hərbi hücumunu uğursuz hesab edib və Somali hökumətinin Əş-Şəbab Əl-Mücahidinə qarşı mübarizədə qəbilələrdən istifadə etmək üzrə son planından danışıb.

O, daha sonra Denab kimi tanınan amerikalı zabitlərin hazırladığı xüsusi təyinatlıları xatırladıb və əlavə edib ki, bu qüvvələr bütün imkanları ilə hava dəstəyi olmadan Əş-Şəbab Əl-Mücahidin ünsürləri ilə mübarizə aparmaq iqtidarında deyil. O, Denab qüvvələrinin müxtəlif qarşılaşmalarda məğlubiyyətindən də danışıb. Qeyd edək ki, bir müddət əvvəl Əl-Kətaib İnstitutu Əş-Şəbab Əl-Mücahidin ünsürlərinin Cəlad bölgəsində Denab qüvvələrinə hücumundan bəhs edən üç dildə video yayımlamışdır.

Daha çox oxuyun: Əl-Şəbab Əl-Mücahidin ABŞ tərəfindən təlim keçmiş xüsusi təyinatlılara ağır hücum edib + VİDEO və FOTO

Əş-Şəbab Əl-Mücahidin lideri Somali ordusuna və müttəfiqlərinə dəyən ziyan və onlardan əldə edilən qənimətlər barədə danışmağa davam edərək əlavə edib ki, hökumət qüvvələrinin Əş-Şəbab Əl-Mücahidin ünsürlərinə qarşı hərbi əməliyyatları Amerika, Türkiyə, Keniya və Efiopiya təyyarələrinın hava dəstəyi ilə həyata keçirilir. Əbu Übeydə Efiopiyanın öz ünsürlərinə qarşı müharibədəki rolu haqqında danışmağa davam edib və Efiopiya qüvvələrinin Somaliyə hücumunu qaçılmaz hesab edib.

1970-ci ildə doğulan Əbu Übeydə Əhməd Ömər kimi tanınan Ömər Deiri 1991-ci ildə Səyyad Beri rejiminin süqutundan sonra Camaat İttihad-e-İslami qarnizonlarına qoşulub. 2009-cu ildə o, Əş-Şəbab Əl-Mücahidin tərəfindən Bay və Bakol əyalətlərinin qubernatoru təyin edilib. Ömər Deiri 2014-cü ilin sentyabrında Əş-Şəbab Əl-Mücahidinin keçmiş lideri Muxtar Əbu Əl-Zübeyr kimi tanınan Əhməd Ğudanın ölümündən sonra bu qruplaşmanın lideri olub.

Qeyd edək ki, Əş-Şəbab Əl-Mücahidin öldürülənə qədər onun heç bir görüntüsünü dərc etməmişdi, Əbu Əl-Zübeyrin ölümündən sonra isə onun şəkillərini və videolarını yayımlamışdır. Əş-Şəbab Əl-Mücahidin indiki liderinin heç bir aydın şəklini dərc etməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir