Fələstində baş verən son hadisələr, 28 May 2023

Bazar 28 May 2023 - 22:00
https://az.iswnews.com/?p=22457

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son 24 saat ərzində azı 5 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və gəzdirmək, habelə İsrailə qarşı İordan çayının qərb sahilində əməliyyatlar keçirməyə cəhd ittihamı ilə həbs edilib.

-Mayın 22-də sionist ordu qüvvələrinin İordan çayının qərb sahilində yerləşən Bəllatə düşərgəsinə hücumu nəticəsində 3 fələstinli şəhid olub, 6 nəfər isə yaralanıb.

Daha çox oxuyun: İsrail əsgərlərinin Bəllatə düşərgəsinə hücumunda 3 fələstinli şəhid olub

-Mayın 23-də Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə Netanyahunun müqavimət komandirlərinin öldürülməsi ilə bağlı təhdidlərinə cavab verərkən, son beş gün müharibəsi zamanı şəhid olan Saraya Əl-Qüds komandirlərinin iqamətgahının necə ifşa edildiyini açıqladı.

Daha çox oxuyun: İslami Cihadın Baş Katibi İsrail tərəfindən müqavimət komandirlərinin necə müəyyən edilməsini ifşa etdi!

-Mayın 25-də Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrail ordusunun Yerixodakı Aqaba Cabr düşərgəsinə hücumu nəticəsində 10 fələstinli yaralanıb. Həmçinin sionist qüvvələr bu əraziyə hücum zamanı azı 14 fələstinlini həbs ediblər.

-Mayın 27-də minlərlə sionist Təl-Əvivin Kabulan prospektində və işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində Netanyahunun məhkəmə islahatları planlarına qarşı etiraz aksiyası keçirib.

Daha çox oxuyun: Sionistlərin Netanyahuya qarşı nümayişləri davam edir + FOTO

-Yerli mənbələrin məlumatına görə, mayın 28-də İsrail rejimi əsgərləri Fələstin İslami Cihad hərəkatının liderlərindən olan “Lui Əl-Əşqər” adlı şəxsi Tulkərəm yaxınlığındakı Sida qəsəbəsində həbs ediblər.

-Sionist ordu əsgərlərinin Qəzzə zolağının sərhəd zolağı boyunca Fələstin müqavimətinin zireh əleyhinə olan raketləri ilə hədəfə alınacağından ehtiyat edərək, bu ərazidə beton divarlar tikməyə başlayıb.

-Son 24 saat ərzində azı 5 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və gəzdirmək, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

-İbrani dilində olan “Yedioth Ahronoth” qəzeti yazıb ki, sionist ordusu “Qiyamət” müharibə ssenarisinə hazırlaşır; Fərqli cəbhələrin, xüsusilə Livan, Suriya, İraq və İranın iştirak edəcəyi bir müharibə.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir