İraqda baş verən son hadisələr, 28 May 2023

Bazar 28 May 2023 - 14:00
https://az.iswnews.com/?p=22424

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə təhlükəsizlik heyətinə başçılıq edərək, İran və İraq arasında sərhəd təhlükəsizliyinə dair memorandumun həyata keçirilməsi bağlı tədbirləri nəzərdən keçirmək üçün Süleymaniyyəyə daxil olub.

1- Bağdad:
Mayın 26-da İraqın Dövlət Təhlükəsizliyi Xidməti Bağdadın cənubunda yerləşən Əl-Lətifiyyə bölgəsində İŞİD terror qruplaşmasının üzvünün həbs edildiyini açıqlayıb.

2- Neynəva:
– Mayın 15-də İraqın Dövlət Təhlükəsizliyi Xidməti bir terrorçu qruplaşmanın bu ölkənin Neynəva əyalətinin Əl-Nəmrud bölgəsinə sızmaq cəhdinin zərərsizləşdirildiyini elan edib.
– Mayın 16-da Türkiyə ordusuna məxsus dronlar Kürdüstan Fəhlə Partiyasına (PKK) aid Sincar şəhərinin ətrafında yerləşən Xanasur bölgəsindəki qərargahı hədəfə alıb və bu zaman 3 PKK əsgəri həlak olub.

Daha çox oxuyun: İraqın Neynəva vilayətində PKK-nın qərargahına Türkiyənin dron hücumu nəticəsində 3 nəfər həlak olub + FOTO və VİDEO

-Mayın 23-də Türkiyə ordusunun dronları Sincar Müqavimət Qüvvələrinin (YBS) Neynəva vilayətinin Sincar şəhərinin Snuni bölgəsindəki qərargahına hücum edib, nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Daha çox oxuyun: Türkiyə İraqın Neynəva vilayətinə dron hücumu edib; YBS-nin 3 üzvü öldürüldü + VİDEO

3- Əl-Ənbar:
Mayın 23-də İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Araşdırma bölməsi Əl-Ənbar vilayətinin Vadi Səmil bölgəsində İŞİD terror qruplaşmasının silah-sursat anbarının ələ keçirildiyini açıqlayıb.

4- Süleymaniyyə:
Mayın 27-də İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə təhlükəsizlik heyətinə başçılıq edərək, İran və İraq arasında sərhəd təhlükəsizliyinə dair memorandumun həyata keçirilməsi bağlı tədbirləri nəzərdən keçirmək üçün Süleymaniyyəyə daxil olub.

5- Mayın 19-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Səudiyyə Ərəbistanında keçirilən Ərəb Sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətləri və qarşılıqlı fayda verən sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Daha çox oxuyun: İraqın baş naziri ilə Ukrayna prezidenti arasında Səudiyyə Ərəbistanında görüş keçirilib + FOTO

6- Kürd mediası Həşd-Şəəbi təşkilatındakı mənbələrə istinadən təşkilatın Neynəva vilayətində yerləşən Sincar şəhərində iki min döyüşçüdən ibarət yeni briqada yaratmaq üçün hərəkətə keçdiyini açıqlayıb.

Daha çox oxuyun: Həşd-Şəəbi Sincarda yeni briqada yaradır

7- Mayın 23-də İraq Hərbi Hava Qüvvələrinin “Əbabil 1” adlı təlimi İraq Silahlı Qüvvələrinin Baş naziri və Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin iştirakı ilə keçirilib. Bu təlimdə Fransanın Rafael qırıcıları və Fransa Hərbi Hava Qüvvələrinin komandanı və onun nümayəndə heyəti də iştirak edib.

Daha çox oxuyun: İraq Hərbi Hava Qüvvələri fransız qırıcılarının iştirakı ilə təlimlər keçirib + FOTO

8- Həşd-Şəəbinin 37-ci Briqadası Şakir Abbas Əl-Dəəmi adlı qüvvələrindən birinin Əl-Nəxib səhrasında (Kərbəla və Əl-Ənbar əyalətləri sərhədi) bombanın partlaması nəticəsində şəhid olması ilə bağlı bəyanat yayıb.

Şəhid Şakir Abbas Əl-Dəəminin şəkli

9- İraqın Birgə Əməliyyatlar Komandanlığının sözçüsü Təhsin Əl-Xəfaci, İraqın hazırkı hökumətinin formalaşmasından bu yana ölkə silahlı qüvvələrinin əməliyyatları nəticəsində 155 İŞİD terrorçusunun öldürüldüyünü açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir