Şiə məscidində partlayış + Yeniləndi

Cümə, 4 Mart 2022 - 14:00
https://az.iswnews.com/?p=2230

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Pakistanın Pişavər şəhərindəki məscidəki partlayış nəticəsində 110 nəfər şəhid olub və yaralanıb.

Pakistanın Pişavər şəhəri səldar məntəqəsində yerləşən şiə məscidində keçirilən cümə namazında partlayış baş verib. Partlayış güclü olub. Azı 45 nəfər şəhid, 65 nəfərdən çox yaralı var.

Partlayışın təfərrüatları ilə bağlı Pakistan polisi bildirib ki, iki naməlum hücumçu məscidə daxil olarkən polislə qarşıdurma yaşayıblar və üzərlərindəki partlayıcı qurğuları işə salıblar.
Pakistanın baş naziri İmran Xan verdiyi bəyanatda ​​terror aktını qınayıb və yaralılara təcili tibbi yardım göstərilməsinə göstəriş verib.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Video №1: Partlayışdan sonra Pişavər şəhər məscidi
Video №2: Pişavərdəki şiə məscidində partlayış anı
İŞİD terror qruplaşması bu fotonu yayımlayaraq partlayışı öz üzərinə götürüb.
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.