İranın Məşhəd şəhərində yeni Əfqanıstan müxalifətinin formalaşması

Cümə, 4 Mart 2022 - 02:51
https://az.iswnews.com/?p=2223

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, “İslam Cəmiyyəti” partiyasının liderləri Səlahəddin Rəbbani və Məhəmməd İsmail Xan İranın Məşhəd şəhərində görüşüb və Əfqanıstanda baş verən hadisələri müzakirə ediblər.

Yerli mənbələrin məlumatına görə, Əfqanıstanın “İslam Cəmiyyəti” Partiyasının lideri Səlahəddin Rəbbani və tanınmış cəbhə komandiri və əfqanıstanlı siyasətçi Məhəmməd İsmail Xan bu yaxınlarda İranın şimal-şərqindəki Məşhəd şəhərində görüşüblər.

Mənbələr həmçinin əlavə edib ki, yaxın günlərdə Əfqanıstanın digər siyasi xadimləri, o cümədən, İslam Vəhdəti Partiyasının lideri Hacı Məhəmməd Mohəqqeq, İslam Cəmiyyəti partiyasının icraçı sədri Əta Məhəmməd Nur və İslam Hərəkatı Partiyası lideri general Abdul Rəşid Dustem Məşhədə səfər edəcəklər.
Əldə edilən məlumatlara və fərziyyələrə əsasən, bu görüşlərin məqsədləri aşağıdakı kimi bölüşdürülə bilər:
1- “Ümumi Hökumət” yaratmaq ideyası və onun Talibana tətbiq edilməsi yollarının araşdırılması ilə bağlı fikir ortağına çatmaq.
2-Talibana qarşı siyasi-hərbi koalisiya yaratmaq.
3- İsmail Xan və Taliban arasında son danışıqlarda təqdim olunan təkliflərin müzakirəsi.

Son zamanlar Əfqanıstanda media üzrə və ictimai məkanlarda ümumi qiyam və Talibana qarşı hücumların artmasından danışılır. Digər tərəfdən, Taliban müxalifətin hər hansı hərəkətinin qarşısını almaq üçün Əhməd Məsud qüvvələrinə qarşı hərbi əməliyyat və şəhərlərdəki yaşayış evlərinə baxışları gücləndirib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.