Çinin Anton şirkəti Ənsarullahla müqaviləni ləğv etdi!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çin hökumətinin təzyiqi ilə Anton China Oil Company Yəmənin Qurtuluş Hökumətinin Neft və Mədən Nazirliyi ilə neft kəşfiyyatı müqaviləsini birtərəfli qaydada ləğv edib.
Yəmən mətbuatının verdiyi məlumata görə, özəl Çin şirkəti olan Anton son bir neçə gündə Yəmənin Qurtuluş Hökumətinin Neft və Mədən Nazirliyi ilə neft kəşfiyyatı üçün müqavilə imzalasa da, istefa vermiş hökumətin məsləhətləşməsi və Çin hökumətinin təzyiqi ilə bu müqavilə birtərəfli qaydada ləğv edilib.
Anton şirkəti öz bəyanatında bu müqaviləni birtərəfli qaydada ləğv edərkən, Dubay filialının agentlərinin Yəməndəki vəziyyətdən xəbərsiz olmasını Ənsarullahla qeyri-qanuni müqavilə bağlamasının səbəbi kimi qiymətləndirib və bütün Yəmən tərəflərindən səmimi şəkildə üzr istəyib.
Qeyd edək ki, Anton şirkəti ilə Yəmənin Qurtuluş Hökuməti arasında Yəməndə neft kəşfiyyatı əməliyyatlarının həyata keçirilməsi üçün 2023-cü il mayın 15-də müqavilə imzalanıb. Bu müqavilə Yəmənin istefa vermiş hökumətinin xarici işlər naziri Əhməd İvəd bin Mübarəkin Çinin Yəməndəki səfiri ilə telefon danışığında etiraz edilib və Çin hökuməti Anton şirkətinə təzyiq edərək bu razılaşmanın həyata keçirilməsinə mane olub.
Çin bundan öncə Səudiyyə Ərəbistanı və BƏƏ ordularına sursat və hücum dronları satmaqla, həmçinin Yəmənin işğal olunmuş ərazilərinin neftini talan etməklə Yəmənin Qurtuluş Hökuməti və Ənsarullahın mövqelərinə qarşı hərəkət edib. Çinlilərin müstəmləkəçilik siyasəti və Yəmən böhranından sui-istifadəsi bu hallarla məhdudlaşmır və Çinin özəl şirkətlərinin müqavilələri də Çin hökumətinin təsiri altında formalaşır.
Daha çox oxuyun: Çin Ənsarullahla neft kəşfiyyatı ilə bağlı razılaşmanı rədd etdi
Rəy