İsrail əsgərlərinin Bəllatə düşərgəsinə hücumunda 3 fələstinli şəhid olub

Bazar ertəsi 22 May 2023 - 22:28
https://az.iswnews.com/?p=22142

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim ordu qüvvələrinin İordan çayının qərb sahilində yerləşən Bəllatə düşərgəsinə hücumu nəticəsində 3 fələstinli şəhid olub, 6 nəfər isə yaralanıb.

Mayın 22-də İsrail ordusu qüvvələri Nablusun şərqindəki Bəllatə düşərgəsinə hücum edib və bu zaman müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında şiddətli qarşıdurma baş verib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu toqquşmalar zamanı Fəthi Cihad Əbdülsalam Rizk (30 yaş), Abdullah Yusuf Məhəmməd Əbu Həmdan (24 yaş) və Məhəmməd Bilal Zeitun (32 yaş) şəhid olub. Daha 7 nəfər də yaralanıb.

Yerli mənbələr İsrail əsgərlərinin səhər tezdən Bəllatə düşərgəsinə hücumu zamanı üç evi dağıdıb, bir neçə fələstinli gənci həbs etdiyini açıqlayıb.

Bununla əlaqədar İslami müqavimət hərəkatı HƏMAS Nablusun cənubundakı Bəllatə düşərgəsində İsrailin işğalçı qüvvələri ilə silahlı qarşıdurmada 3 fələstinli döyüşçünün şəhid olması ilə bağlı başsağlığı verib.

Xatırladaq ki, mayın 13-də İsrail xüsusi təyinatlılarının İordan çayının qərb sahilində yerləşən Bəllatə düşərgəsinə hücumu zamanı 2 fələstinli şəhid olmuşdur, daha 7 nəfər yaralanmışdır.

Daha çox oxuyun: İsrail hərbi qüvvələrinin Bəllatə düşərgəsinə hücumu; İki fələstinli şəhid oldu + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir